Banklar
Unibank yeni məhsulunu təqdim edib: ALBALI Junior!
Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Unibank-dan möhtəşəm fürsət! Övladınıza həm qazandıran, həm də xərclərinə nəzarət edə biləcəyiniz kart hədiyyə etmək istəyirsinizsə, elə indi Unibank-a müraciət edə bilərsiniz. Unibank-ın yeni ALBALI Junior kart məhsulu 16 yaşadək olan uşaqlar üçün nəzərdə tutulub. Kartın əldə olunması valideynin razılığı ilə həyata keçiriləcək. Kartın üzərində övladınızın adı qeyd olunacaq.ALBALI Junior kartının qiyməti 3 AZN / USD-dir.Kartı əldə etmək üçün yalnız valideynin şəxsiyyət vəsiqəsi və övladının doğum haqqında şəhadətnaməsinin surəti lazımdır.
ALBALI Junior debet kartına sahib olmaq bir çox
üstünlüklər verir:
- Unibank Mobile mobil əlavəsi vasitəsi ilə kartdan xərcləmələrə
nəzarət etmək imkanı;
- Unibank-ın filialları, cash-inlərində və E-manat ödəmə terminallarından onlayn olaraq karta vəsaitin mədaxil imkanı;
- Hər alış-verişdə xərclədiyiniz vəsaitin 30%-dək hissəsi
hesabınıza geri qayıdacaq;
- Kartda qalan pulunuza illik 6%-dək depozit gəliri hesablanır ki,
bu da övladınızın gələcəyi üçün ən yaxşı sərmayədir;
- Kartdakı vəsaitin Unibank ATM-lərindən nağdlaşdırma komissiyası 0%-dir;
- Unibank Mobile mobil əlavəsi vasitəsi ilə övladınızın kartına pulsuz köçürmə imkanı;
- Partnyor və qeyri- partnyor mağazalarda endirimlərdən faydalanmaq şansı.
Övladınıza onun adına olan bank kartı hədiyyə edin!
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Unibank-ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək fəaliyyət göstərir. Müştərilərin tələbatını nəzərə alaraq, bankın paytaxt və bölgələrdə yerləşən 5 filialı- “Əcəmi”, “Neftçilər”, 15 saylı(S.Vurğun bağı ilə üzbəüz), “Sumqayıt” və “Gəncə” filialları həftə sonu saat 10.00-dan 14.00-dək müştərilərin xidmətindədir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank ) əldə etmək olar.
Unibank - hər kəsin bankı!
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop22 Aprel 17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz























.png)














