Banklar
Kapital Bank “Ən Güvənli Bank” adına layiq görüldü
Məşhur Global Finance jurnalı dünyanın ən güvənli və təhlükəsiz (“Safest Bank”) banklarını müəyyən edib. O cümlədən Azərbaycandan “Ən Güvənli Bank” olaraq Kapital Bank-ı seçib.
Sorğuda iştirak edən banklar Moody’s, Standard & Poor’s və Fitch Ratings kimi Beynəlxlaq Reytinq Agentliklərinin uzun müddətli xarici valyuta qiymətləndirmələri, həmçinin aktivlərinin həcminə əsasən seçiliblər.
“Artıq 20 ildən çoxdur ki, Global Finance jurnalı inkişaf edən bazarlarda bank sektorunun ən yaxşı nümayəndələrini seçir. Qalibin seçim meyarları aktivlərin artımının qiymətləndirilməsi, gəlirlik səviyyəsi, strateji əlaqələrin mövcudluğu, müştəri xidmətlərinin keyfiyyəti, hər bir ölkənin bankçılıq sahəsində mövcud qaydaları və hər bir ölkənin özünəməxsus risk və resursları nəzərə alınmaqla hazırlanıb. “Ən güvənli bank” adına layiq görülməyimizdən qürur duyuruq və bundan sonra da müştəri məmnuniyyətinə üstünlük verərək, inkişaf edəcəyik”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov bildirib.
Sorğuda Afrika, Asiya, Mərkəzi və Şərqi Avropa, Latin Amerika, Yaxın Şərq, Şimali Amerika və Qərbi Avropa ölkələrinin 1000-dək bankı iştirak edib və yalnız 50 bank bu nominasiyaya layiq görülüb.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...








.jpg)




.jpg)





















.jpg)


