Banklar
Millət vəkili bankları SƏRT TƏNQİD ETDİ
“Bu gün banklar 28-30 faizlə insanlara kreditlər verir. Keçmiş kreditlərin həcmi azalmaqdansa, daha da artır”.
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
V.Əhmədov bildirib ki, bununla bağlı bank rəhbərləri ilə müzakirələr aparılmalıdır:
“Maliyyə Bazarlarına Nəzarət Palatası yaranandan sonra mən hesab edirdim ki, banklarla ciddi məşğul olacaq. Çox təəssüflər olsun ki, biz bunu görmədik. Düzdür, Mərkəzi Bank pul kütləsinə nəzarəti həyata keçirir, manatı qoruyub saxlayır. Bu müsbət haldır. Amma bank sistemində sağlamlaşdırmanı görmürəm. Cənab prezident də çıxışında demişdi ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatına ən böyük ziyanı banklar vurub. Biz Milli Məclisin İqtisadi siyasət komitəsindəyik. Gəlin yığışaq, banklarla söhbət edək ki, niyə görə kredit faizləri həddən artıq yüksəkdir?”
Millət vəkili onu da vurğulayıb ki, banklarda vaxtı keçmiş kreditlərin miqdarı getdikcə artır və bu borcları silmək çətinləşir:
“Bunu necə siləcəklər? Perspektiv varsa biz də bilək də. Axı bu Azərbaycan iqtisadiyyatına təsir edən amillərdən biridir. Gəlin, bank rəhbərlərini komitənin iclasına çağıraq, bizə məlumat versinlər də bu proses hara gedir. Onların bu istiqamətdə fikirlərini alaq”.
Millət vəkili bbildirib ki, artıq Azərbaycanda insanların banklara olan kredit borcu 2 milyard manata yaxınlaşıb:
“Ötən isə bu 1,6 milyard manat idi. Bu, həddindən artıq böyük məbləğdir və Azərbaycanın maliyyə bazarına təsir edən amillərdən biridir”.
Gülxar
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
Avropa12:17Milan iğtişaşlarında “Rusiya əli”? - Səfirlikdən kəskin reaksiya və ruslara XƏBƏRDARLIQ
-
Qarabağ 11:36Qarabağ müharibəsindən yeni kadrlar yayıldı: Əksəriyyəti salamat qayıtmadı - Video
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR






.png)





.jpg)
























