Banklar
Unibank kapitalını 21 milyon manat artırır
“Unibank” KB ilin sonunadək kapitalını növbəti dəfə artıracaq. Kapitalın 21 milyon manat artırılması nəzərdə tututlur. Bu haqda məsələ səhmdarların 13 oktyabrda keçiriləcək növbədənkənar yığıncağında müzakirə olunacaq. Bu il ərzində Unibank artıq ikinci dəfədir ki, kapitalını artırır. İyun ayında bankın nizamnamə kapitalı 70%-dək artaraq, 119,686,326.72 milyon manata çatdırıldı.
Ölkə iqtisadiyyatında qeydə alınan sabitləşmə və inkişaf meyilləri Unibankın da fəaliyyətində aktivliyini daha da artırması, korporativ və pərakəndə kreditləşmədə və qeyri-kredit məhsullarında satışın yüksəlməsi, bankın bazarda fəaliyyətini daha da genişləndirməsi üçün zəmin yaradıb. Bank səhmdarları kapitalın yenidən artırılmasının, perspektivdə Unibankın ölkənin maliyyə bazarında lider mövqeyini qoruyub saxlamaq və möhkəmləndirməsinə təkan verəcəyi fikrindədirlər. Kapitalın növbəti artımı səhmdarların bankın daha da böyüməsində marağını ortaya qoymaqla, ölkə iqtisadiyyatına dəstəyi artırmaq və müştərilərin maliyyə ehtiyaclarını daha yüksək səviyyədə qarşılamaq mövqeyindən irəli gəlir.
Kapital artımı bankın ölkə iqtisadiyyatına daha çox töhfələr vermək, müştərilərə daha geniş xidmət və daha yüksək keyfiyyətli məhsullar təklif etmək və hər zaman müştəri məmnuniyyətini ən vacib məsələ hesab etmək prioritetlərini həyata keçirməyə təkan verəcək.
“Unibank" KB ASC ölkənin xarici kapitalın iştirakı olan ən iri banklarından biridir. Beynəlxalq maliyyə institutları olan DEG (24,37%) və AYİB-in (19,41%) bankın nizamnamə kapitalında payı hazırda 44%-ə yaxındır.
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
Avropa12:17Milan iğtişaşlarında “Rusiya əli”? - Səfirlikdən kəskin reaksiya və ruslara XƏBƏRDARLIQ
-
Qarabağ 11:36Qarabağ müharibəsindən yeni kadrlar yayıldı: Əksəriyyəti salamat qayıtmadı - Video
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR






.png)





.jpg)
























