Banklar
Azərbaycanda kredit borcunu ödəməyənlərin cəzası yüngülləşdirilir - VİDEO
Azərbaycanda kredit borcunu ödəməyənlərin cəzaları yüngülləşdirilir. Amma bu xətaya görə əlavə cəza növü olan azadlığın məhdudlaşdırılmasının tətbiqi təklif edilir. Bəzi şəxslər isə qoluna taxılan elektron qolbaqla izlənəcək.
Publika.az bildirir ki, kredit borcuna görə 3 il həbs cəzasının 2 ilə endirilməsi təklif edilir. Kredit borclarını qəsdən ödəmiyənlər üçün azadlıqdan məhrum etmə cəzası yüngülləşdirlir.
Cəzalar yüngülləşdirilsədə cinayət məcəlləsində yeni anlayış olan azadlıqın məhdudlaşdırılması bu növ cinayət əmmələri zamanı tətbiq ediləcək.
Dəyişikliyə əsasən belə şəxslər üçün 2 ilə qədər azadlıqın məhdudlaşdırılması cəzasıda nəzərdə tutulur ki, bu üsulla vətəndaş yaşadığı və işlədiyi ərazini tərk etmədən cəzasını çəkəcək. Bu zaman o qoluna taxılan elektron qolbaqla izlənəcək.
Kreditin ödənilməməsi ilə külli miqdarda ziyan vurmaqlada edilən cinayət görədə 1-3 ilə qədər azadlıqın məhdudlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, xeyli dedikdə 5 min manatdan 50 min manata qədər olan kreditlər nəzərdə tutulur. Külli miqdarda dedikdə isə 50-250 min manatlıq kreditlər nəzərdə tutulur. Dəyişik təklifləri oktyabrın 20 də milli məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
Mövzu ilə bağlı Xəzər TV-nin daha ətraflı videomaterialını təqdim edirik:
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
Avropa12:17Milan iğtişaşlarında “Rusiya əli”? - Səfirlikdən kəskin reaksiya və ruslara XƏBƏRDARLIQ
-
Qarabağ 11:36Qarabağ müharibəsindən yeni kadrlar yayıldı: Əksəriyyəti salamat qayıtmadı - Video
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR






.png)






.jpg)























