Banklar
Kapital Bank beynəlxalq tədbirlərdə iştirak edib
Kapital Bank 16-19 oktyabr tarixlərində Torontoda keçirilən ənənəvi SIBOS – 2017 Beynəlxalq Sərgisində, həmçinin Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının (BAFT) yığıncağında iştirak edib. Sərgiyə Kapital Bank-ın İdarə Heyətinin sədrinin birinci müavini Fərid Hüseynovun başçılıq etdiyi nümayəndə heyəti qatılıb.
Hər il olduğu kimi bu dəfə də nüfuzlu tədbirlərdə, dünyanın 200-dən artıq ölkəsinin iri bankları və maliyyə institutları təmsil olunublar. SIBOS sərgisi bu il 4 əsas istiqaməti əhatə edib: Bankçılıq, Komplayens, Qiymətli Kağızlar və Texnologiyalar. Mütəxəssislər "Gələcəyin Qurulması" (“Building for the Future”) mövzusunda olan konfransda, maliyyə sektorunda baş verən dəyişikliklər, kiber təhlükəsizlik, süni intellekt və digər məsələlər ətrafında müzakirələr ediblər. Səfər çərçivəsində həmçinin Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov, SWIFT-in Azərbaycan üzrə koordinatoru olaraq, illik yığıncaqda iştirak edib.
“Bir neçə gün davam edəcək tədbirdə xarici bankların nümayəndələri ilə görüşlərimiz oldu. Əsasən banklararası müxbir əlaqələrin qurulması, xəzinədarlıq, qiymətli kağızlar, maliyyə cinayətlərinin qarşısının alınması və valyuta riskləri sahəsində fikir mübadilələri apardıq. Bu ilki tədbirin əsas prioritet istiqamətlərindən biri həmçinin informasiya texnologiyaları sahəsində olan yeniliklərlə bağlıdır. Əminəm ki, belə tədbirlərdə iştirak Kapital Bank-ın beynəlxalq əməkdaşlığının inkişafına təkan verəcək” – deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov bildirib.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO








.jpg)


























.jpg)


