Banklar
Elman Rüstəmov: "Mərkəzi Bankın ehtiyatları 42 milyardı keçib"
"Makroiqtisadi sabitlik siyasəti çərçivəsi cari ilin birinci rübündə ilk nəticələrin əldə edilməsinə, sonrakı dövrdə onların inkişaf etdirilməsinə şərait yaradıb. Qarşıya qoyulan məqsəd mürəkkəb idi: neftin qiymətinin 3 dəfə aşağı düşməsi, ümumi məhsulun 50% həcmində ixrac gəlirini itirilməsi bizim üçün mühüm çağırış idi".
Publika.az bildirir ki, bu fikirləri Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
O xatırladıb ki, baş verən xarici şok milli iqtisadiyyatın sabitliyinin uzun müddətli dövrə dayanıqlıq üçün risklər yaratmışdı:
“Reallaşdırılan kompleks makroiqtisadi tədbirlər, humanitar və fiskal siyasətin sıx əlaqələndirilməsi, çevik məzənnə siyasətinə keçid ölkənin xarici tədiyyə balansının tarazlaşmasına şərait yaradıb. Tədiyyə balansında pravsit cari ildə əldə olunub. 2016-cı ildə 1,4 milyard dollar kəsir olmuşdusa, cari ildə 1,1 milyard dollarlıq pravsit əldə olunub. Əlbəttə, burada dünya bazarında artan neft qiymətləri də rol oynayıb, ancaq bu yaxşılaşma təkcə nerftin qiyməti hesabına olmayıb”.
Baş bankir əlavə edib ki, son 9 ayda qeyri-neft sektorunda artım 31 faiz olub:
“Tədiyyə balansı ilə yanaşı, xidmət sektorunda da müsbət nəticələr əldə edilib. Cari ildə dövlətin strateji ehtiyatları 12 faiz, Mərkəzi Bankın ehtiyatları 31 faiz artaraq, 42 milyard ABŞ dollarını keçib”.
Mərkəzi Bankın sədri bildirib ki, valyuta bazarında manatın stabilliyi sabitləşib:
“Manat ilin əvvəlindən 4 %, fevralın əvvəllərindən isə 10,5 faiz möhkəmlənib. Bu müddətdə milli valyuta əlavə möhkəmlənmək təzyiqi altında olub. 2017-ci ildə manat və pul bazası 11 faiz artıb, iqtisadi artım isə 2,1 faiz olub. Qeyd edim ki, Mərkəzi Bank iqtisadiyyata kifayət qədər pul verib. Biz kredit aktivliyinin yüksəlməsini müşahidə etmirik. Cari ildə bizə kreditlərin verilməsi ilə bağlı heç bir müraciət olmayıb”.
Elman Rüstəmov bildirib ki, Mərkəzi Bank konservatin əsaslı anti-inhisar pul siyasəti yürüdür:
“Milli valyutada yığımları dəstəkləmək üçün Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib. Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ildə inflyasiya 13,7 % təşkil edib. Bunun da başlıca səbəbi xərc inflyasiyası ilə bağlıdır. Aparılan təhlillər göstərir ki, qiymət artımını xarici amillər gücləndirir. Ərzaq məhsulları üzrə dünya qiymətlərinin yüksəlməsi baş verir”.
Gülxar
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar






.png)







.jpg)
























