Banklar
"Unibank" biznes sahiblərinə girovsuz 100 000 AZN-dək kredit təklif edir
Unibank müştərisi olan biznes sahibləri indi heç bir girov təqdim etmədən, hesabları üzrə keçən dövriyyələrinin əsasında 100 000 AZN-dək kredit əldə edə bilərlər. Üstəlik kredit müştəriyə lazım olan ən qısa müddətdə, cəmi bir gün ərzində və sərfəli faizlə ayrılır. Biznes sahibi krediti 1 həftə ərzində banka geri qaytararsa, heç bir faiz ödəməyəcək. Bu məhsul Unibank hesabları ilə cari dövriyyələrini aparan biznes sahibləri üçün hazırlanan təkliflər paketinin bir hissəsidir.
Unibank-ın Korporativ bank xidmətləri departamentinin rəhbəri Tural Hüseynov hesab edir ki, cəmi bir gün ərzində, əlavə sənəd və girov tələbi olmadan, üstəlik 7 gün faiz hesablanmamaq şərti ilə ayrılan bu kredit, Unibank müştərilərinin qısamüddətli kassa kəsirlərinin aradan qaldırılması üçün çox sərfəli bir alətdir.
Qeyd edək ki Unibank, bir müddət əvvəl biznes sahibləri üçün daha bir xidmət istifadəyə verib. Artıq biznes sahibləri istədikləri vaxt, banka gəlmədən, istədikləri valyutada hesab bron edə bilirlər (https://onlineservices.unibank.az/AccountOrder/index.html).
Unibank-ın korporativ müştəriləri banka gəlmədən bankın digər məhsul və xidmətlərindən də faydalana bilərlər. Unibank-ın mükəmməl rəqəmsal bankçılıq xidmətləri- Unibank Mobile Business (http://onelink.to/um-business), İnternet Banking və Telegram Bot biznes sahiblərinə harada olmaqlarından asılı olamayaraq 24/7 öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients) əldə etmək olar.
Unibank- Biznesinizə daimi dəstək!
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar






.png)





.jpg)


























