Banklar
"Unibank"öz korporativ saytını yenilədi
Unibank yenilənmiş korporativ saytını ( www.unibank.az ) istifadəyə verib. Yenilənmiş sayt müasir və cəlbedici dizayna malik olmaqla, istifadəsi rahat, müştəriyönümlüdür. Sayt “Kartlar”, “Kreditlər “, “Əmanətlər”, “Köçürmələr”, “Rəqəmsal bankçılıq” və “Əlavə xidmətlər” kimi əsas bölmələrə ayrılmaqla, müştərilər üçün bank məhsul və xidmətlərini asan və sadə formada təqdim edir. Saytdan bank haqqında lazımı məlumatları, təşkilati strukturu, rəhbərlik, missiyası, maliyyə göstəriciləri, məhsulları və onların şərtləri, kampaniyalar, xəbərləri rahatlıqla tapmaq mümkündür. Yenilənmiş sayt dünya və korporativ standartlara cavab verməklə, müştərilərə bankın məhsul və xidmətləri haqda müfəssəl məlumatlar təqdim edir. Yeni saytın üstünlüklərindən biri də istifadəçiyə axtardığı məlumatları qısa müddətdə tapmaq, seçim etmək imkanı verməsidir. Kredit və depozit bölümlərində yerləşdirilən kalkulyatorlar, müştəriyə əldə edəcəyi faiz gəlirləri və bank tərəfindən ayrıla biləcək kreditin məbləğini əvvəlcədən müəyyənləşdirmək və seçim imkanı yaradır. Gündəlik yenilənən valyuta məzənnələri və konvertordan istifadə bölümü daha da genişləndirilib.
Unibank-ın “Digital Marketinq” şöbəsinin müdiri Elmar Səfiyev bildirib ki, yenilənmiş sayt müasir təhlükəsizlik standartlarına cavab verir: “Son dərəcə funksional və sürətlidir. Dizayn forması veb və mobil versiyalar üçün adaptasiya olduğundan bütün ekran ölçülü telefon, planşet və kompüterlərə uyğun gəlir. Bir sözlə, yeni sayt müştərilərin gözləntiləri və tələbləri düşünülərək hazırlanıb”.
Sayt fərdi və biznes bölümlərinə ayrılmaqla, həm fiziki şəxslərə, həm də korporativ müştərilərə məlumatları sadə və aydın şəkildə, brendin rənglərinə uyğun görüntülərlə çatdırır.
Yenilənmiş saytın “Rəqəmsal bankçılıq” bölümü xüsusilə diqqət çəkir. Unibank-ın mobil bank əlavələri, onlayn xidmətləri haqda məlumatlar və istifadə qaydaları anlayışlı dildə sayt istifadəçilərinə çatdırılır.
Yeni saytın əsas üstünlüklərindən biri mükəmməl mobil versiyasının olmasıdır. Hər kəs öz mobil telefonundan rahat interfeysə malik unibank.az saytına daxil olaraq, lazımı məlumatları ala biləcək.
Müştərilər saytın “Onlayn məsləhətçi” bölümünə daxil olmaqla, bankın xidmət və məhsulları ilə bağlı suallara operativ cavab ala bilərlər.
Sayt istifadəçiləri bankın məhsul və xidmətləri haqqında məlumatlarla 3 dildə- Azərbaycan, rus və ingilis dillərində tanış ola bilərlər.
Unibank- hər kəsin bankı!
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






.png)
































