Banklar
"Kapital Bank"-ın yeni Şimal filialı istifadəyə verildi
"Kapital Bank" filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində yeni Şimal filialını istifadəyə verdi. Yeni konsepsiya əsasında təqdim edilən filial Quba şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərir. Filial bazar ertəsi–cümə günü saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri isə 09:00-dan 16:00-dək fəaliyyət göstərəcək. Artıq müştərilər yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.
Kapital Bank-ın yeni konsepsiya əsasında təqdim edilən Şimal filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.
Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. Cari ildə Bakı və regionlarda bir sıra filialların əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır. Buna misal olaraq cari ildə Kapital Bank-ın Füzuli filialının köçürülməsi və yeni Bravo-2 filialının açılışını qeyd etmək olar. Sözügedən layihə artıq 3 ildir davam edir. Bu dövr ərzində bir çox filial müasir tələblərə uyğun təmir edilərək, müştərilərin ixtiyarına verilir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 94 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu








.jpg)




























.jpg)


