Banklar
“Xəzri” sisteminin yenilənən saytı təqdim edildi
Təcili pul köçürmə sistemi olan “Xəzri”nin yenilənən saytı təqdim edilib. Artıq müştərilər www.xazri.az saytına daxil olmaqla, pul köçürmə sistemi barədə ətraflı məlumat ala biləcəklər. Həmçinin ölkə daxilində 1000 manatadək pul köçürmə əməliyyatını sayt vasitəsilə etmək mümkündür.
Müştərilər ölkə daxili göndərilən pul vəsaitini günün istənilən saatında sistemin çoxsaylı tərəfdaş bankının filiallarından və ya 700-ə yaxın Kapital Bank bankomatlarından komissiyasız nağdlaşdıra bilərlər. Həmçinin saytda göndərilən və alınan köçürmələrin statusu barədə də məlumat əldə etmək olar. Köçürmələrə görə 0,8% (min. 1 AZN) komissiya haqqı tutulur. Cəmi 3 dəqiqə ərzində əməliyyatı tamamlamaq mümkündür.
Sayt vasitəsilə pul köçürməsi etmək üçün 3D Secure xidmətini dəstəkləyən kartın olması zəruridir. Yaxın zamanlarda sayt vasitəsilə köçürmə əməliyyatlarını Ukrayna, Rusiya, Gürcüstan və s. MDB ölkələrinə də sayt vasitəsilə aparılması mümkün olacaq.
Qeyd edək ki, “Xəzri” hazırda Azərbaycan bazarının ən böyük sistemlərindən biridir. Sistem Azərbaycanda Kapital Bank, Atabank, Expressbank, AFB Bank, Günay Bank və NBC Bank üzrə ümumilikdə 167 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. 2017-ci il üzrə sistem vasitəsilə 400 000-ə yaxın, ümumi məbləği 200 mln. manatadək köçürmə əməliyyatı aparılıb.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
Dünya04:30Bu baş verərsə... - İrandan Trampın təhdidlərinə cavab
-
Avropa03:44Bu ölkə diplomatlarını İrandan çıxardı
-
ABŞ02:27ABŞ İrana qarşı yeni hava zərbələrinə başladı
-
Region01:20Fırtına İstanbulu bu hala saldı - Video
-
Hadisə22 İyul 22:32Ağdamda mina partlayışları müşahidə olunur - Yeniləndi
-
Dünya22 İyul 19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ22 İyul 18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə22 İyul 18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı












.jpg)

.jpg)
.jpg)










.jpg)










