Banklar
"Unibank"ın rəhbərliyində dəyişiklik
“Unibank” KB ASC-nin İdarə Heyətində dəyişiklik olub. İdarə Heyəti Sədrinin Pərakəndə bank xidmətləri və Marketinq üzrə müavini Taleh Tahirli ailə vəziyyəti ilə əlaqədar öz xahişi ilə işdən çıxıb.
Publika.az xəbər verir ki, Taleh Tahirli iş karyerasına 2007-ci ildə Unibankın marketinq şöbəsinin aparıcı mütəxəssisi olaraq başlayıb və Unibank onun üçün bir məktəb olub. Öz işgüzarlığı, bank rəhbərliyinin etimadı sayəsində İdarə Heyəti sədrinin müavini vəzifəsinədək yüksəlib.
"Bank rəhbərliyi T. Tahirlinin Bankın inkişafına verdiyi böyük töhfələrə görə ona minnətdarlığını bildirir və bundan sonrakı iş həyatında uğurlar arzulayır. Taleh Tahirli Unibankdakı fəaliyyəti dövründə özünü peşəkar bank meneceri və istedadlı iş adamı kimi göstərib. Unibankın bazarda liderlərdən biri olmasında onun böyük əməyi var. Bankın səhmdarları dürüst və səmərəli işinə görə Taleh Tahirliyə minnətdarlığını bildirir", - deyə məlumatda vurğulanıb.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






.png)









.webp)





















