Banklar
Zərərlə işləyən banklarla bağlı açıqlama
Mərkəzi Bank bank sistemində depozitlərin həcminin azalması, zərərlə işləyən bankların sayının artması ilə mətbuatda yer alan informasiyalara münasibət bildirib.
Publika.az banka istinadən bildirir ki, depozitlərin dinamikası iqtisadi tsikldən, mövsümi amillər və digər səbəblərdən asılı olaraq əmanətçilərin fərdi davranışındakı dəyişiklikdən təsirlənir. Cari ilin aprel ayı ərzində depozitlərin həcmində müşahidə olunan azalma sistem xarakteri daşımayıb. May ayında bankların depozitlərinin həcmi bərpa olunub. Aprel ayındakı azalmanı üstələyib.
Bütövlükdə isə, son on ildə depozitlərin həcmi orta illik 40%, 2013-cü ildə 25%, cari ilin beş ayında 5% artıb.
Zərərlə işləyən bankların sayının artımı isə bankların aktivlər üzrə daha konservativ ehtiyatlanma siyasəti tətbiq etməsi ilə bağlı olub. MB-nın əsaslandırmasına görə, bu, bankların maliyyə dayanıqlığına, onların fəaliyyətinə hər hansı risk və ya təhlükə yaratmır. Qeyd edilən göstəricilər bankların ilk beş aydakı fəaliyyətinin nəticəsidir.
MB-nın açıqlamasına görə, bank sisteminin maliyyə dayanıqlığı göstəriciləri stabildir, likvidlik mövqeyi yüksəkdir, kapitallaşma səviyyəsi adekvatdır.
İqtisadiyyat şöbəsi
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli






.png)










.png)



















