Banklar
"Kapital Bank" BirKart Miles kartını təqdim etdi
Kapital Bank 28 iyun 2018-ci il tarixində yeni BirKart Miles kartının təqdimat mərasimini keçirib. Sözügedən kartlar vasitəsilə nağdsız ödənişlər etdikdə mil şəklində olan bonuslar toplanır və həmin milləri aviabiletə dəyişdirərək istifadə etmək mümkündür.
Bankdan verilən məlumata görə, təqdimat mərasimində Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, Mastercard-ın regional meneceri Erdem Çakardan və digər rəsmi şəxslər iştirak edirdi. Təqdimat mərasimində qonaqlara kartın üstünlükləri və şərtləri barədə ətraflı məlumat verilib.
BirKart Miles kartları həm debet kart şəklində, həm də kredit xətti şəklində müştərilərə təklif olunur. İllik qiyməti 35 manatdan başlayan BirKart Miles kartı aktivləşən kimi balansına hədiyyə olaraq 1500 mil əlavə olunur. Kartların müddəti maksimum 3 il olmaqla, AZN/USD/EUR valyutasında müştərilərə təklif olunur.
Kartlar üzrə hesabda mövcud olan şəxsi vəsaitlərə illik depozit faizi hesablanılır və mil şəklində toplanır. Kartlara həmçinin “Lounge Key” funksiyası da tətbiq edilib.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı






.png)








.webp)






















