Banklar
Unitransferlə pul köçürmələri daha asan oldu
Unibank müştərilərinin rahatlığı üçün Unitransfer ilə pul köçürmələrini daha da asan etdi.
Artıq Unibank müştəriləri Unitransfer vasitəsiylə ölkədaxili pul köçürməsini bankın ödəniş terminallarından göndərib, bankomatlarından nağd şəkildə çıxara bilərlər.
Bunun üçün sadəcə ən yaxın Unibank ödəniş terminalına yaxınlaşıb, şəxsiyyət vəsiqənizin pin kodunu və telefon nömrələrinizi daxil etmək kifayətdir. Vəsait göndərildikdən dərhal sonra, 30 gün ərzində iş və ya qeyri-iş günlərindən asılı olmayaraq, günün istənilən vaxtında hər hansı Unibank bankomatına yaxınlaşıb, 10 rəqəmli kodu daxil etməklə göndərilən pulu nağd şəkildə almaq mümkündür.
Köçürmə üzrə xidmət haqqı belədir:
- 500 AZN qədər - 2 AZN;
- 501-1 000 AZN arasında olan məbləğlər üçün 4 AZN.
Dünyanın ən məşhur və etibarlı pulköçürmə sistemlərinin xidmətlərini təqdim edən Unibank, hazırda geniş xidmət şəbəkəsinə malik “Zolotaya Korona”, “Contact”, “Western Union”, "Blizko", “PrivatMoney”, “UPT” kimi nüfuzlu təcili pul köçürmə sistemləri üzrə də xidmət göstərərək, manat, ABŞ dolları, avro və Rusiya rublu ilə əməliyyatlar həyata keçirir.
Beynəlxalq pul köçürmə sistemləri ilə əməkdaşlığını ildən-ilə dərinləşdirən Unibank, pul köçürmə xidmətlərini genişləndirmək üzrə ölkə maliyyə qurumları sırasında ilk yerlərdədir. Bu sistemlər dünyanın 190-dan çox ölkəsində fəaliyyət göstərərək, ümumilikdə 500 min təcili qəbul və göndəriş məntəqəsini birləşdirir. Onlardan hər biri pul köçürmələrini tez, rahat və etibarlı şəkildə, istiqamətindən və xidmət məntəqəsindən asılı olmayaraq ən sərfəli tariflər ilə həyata keçirməyə imkan verir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.
Unibank – hər kəsin bankı!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı






.png)








.webp)






















