Banklar
250-dək müştəri qiymətli hədiyyələr qazandı
Xəbər verdiyimiz kimi, Kapital Bank, BirKart müştəriləri üçün stimullaşdırıcı lotereya keçirir. 15 may – 15 sentyabr 2018-ci il tarixləri arasında partnyor mağazalar şəbəkəsində BirKart ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər.
22 iyun və 23 iyul tarixlərində keçirilən tirajlar zamanı 200 müştəri 50 manat pul, 20 müştəri 300 manatlıq ölkə daxili səyahət sertifikatı və 2 nəfər iPhone X qazandı. Qaliblərin siyahısı saytda qeyd olunub – www.kapitalbank.az/news/milan-475 . Aksiya 15 sentyabradək davam edir.
Şərtlərə görə hər taksit əməliyyatı bir şansa bərabərdir. Hər ayın 22-si tarixində keçiriləcək tiraj ərzində daha 100 nəfər 50 manat pul, 10 nəfər 300 manatlıq ölkə daxili səyahət sertifikatı və 1 nəfər iPhone X əldə edəcək. Son tiraj zamanı isə 1 nəfər Milana 2 nəfərlik səyahət və 2 000 manat qazanacaq.
.jpg)
Qeyd edək ki, BirKart-ı artıq məvacib və pensiyasını Kapital Bank-dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər, Kapital Bank-ın istənilən filialına kart üçün müraciət edə bilərlər. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək taksitlə hissə-hissə ödəmək imkanı, 40 günədək faizsiz kredit xətti, kartda olan tam məbləğin nağdlaşdırılması, həmçinin 30%-dək Cash Back imkanı. Visa kartları əsasında olan BirKart 36 ay müddətə verilir, SMS məlumatlandırma xidməti isə pulsuzdur.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq
-
Qarabağ 8 İyun 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya8 İyun 19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial8 İyun 19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya8 İyun 18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika8 İyun 17:23İlham Əliyev sərəncam imzaladı
-
Elm və təhsil8 İyun 16:28Keçid balları düşəcək?

















.jpg)

















