Banklar
“Dərs evi” yay proqramının iştirakçıları Kapital Bank-da qonaq oldu
Gənclərin inkişafına və təhsilə böyük önəm verən Kapital Bank, “Dərs evi” yay proqramının iştirakçıları üçün bankın İnsan Kapitalı Mərkəzində təlimlər təşkil edib. Proqram çərçivəsində 8-11-ci sinif şagirdləri biliklərini möhkəmləndirməklə yanaşı, həm də gələcək peşələri və əmək bazarında olan iri bankla tanış olublar.
Görüş zamanı Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova şagirdləri salamlayaraq, onlara proqramı uğurla bitirməyi arzulayıb. Təlim və İnkişaf şöbəsinin hazırladığı təlim proqramı zamanı, şagirdlərə Azərbaycanın bank sistemi, bankların iqtisadiyyatda rolu, bankda aparılan əməliyyatlar, ön ofis və arxa ofis haqqında məlumatlar verilib və onların sualları cavablandırılıb.
Layihə çərçivəsində həmçinin iş sahəsi ilə vizual tanışlıq məqsədilə bankın filialına info-tur təşkil edilib və şagirdlər filial şəbəkəsinin fəaliyyət sahələri üzrə məlumatlar verilib.
Qeyd edək ki, Kapital Bank daim gənclərlə bağlı olan təhsil və karyera layihələrinə böyük diqqət ayırır. Beynəlxalq Təhsil Sərgisi, Respublika Fənn Olimpiadası, Azərbaycan üçün öyrət, Təhsil Avtobusu, Sabah qrupları ilə layihələrdə iştirak, o cümlədən İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, ADA Universiteti və digər qurumlarla əməkdaşlıq buna əyani sübutdur.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı






.png)







.webp)























