Banklar
BirKart-la taksitli alış-veriş et, 50 AZN qazan
Hər zaman müştərilərə müxtəlif aksiya və kampaniyalar təqdim edən Kapital Bank BirKart sahibləri üçün növbəti hədiyyəli aksiya keçirir.
Bankdan şərtlərə görə, taksitlə alış-veriş edən BirKart sahibləri 50 manatlıq hədiyyə kartı qazana biləcəklər.
20 oktyabr 2018-ci il tarixinədək davam edən aksiya çərçivəsində hər 50-ci taksit əməliyyatı edən müştəri avtomatik olaraq BirKart tərəfdaşlarında keçərli olan 50 manatlıq hədiyyə kartı qazanacaq. Müştərinin istəyindən asılı olaraq bu kart onun BirKart hesabına mədaxil olunacaq 50 manatla da əvəzlənə bilər.
Bu aksiya ilə paralel olaraq 15 sentyabr 2018-ci il tarixinədək partnyor mağazalar şəbəkəsində BirKart ilə taksit əməliyyatı edən müştərilər, həmçinin lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər. Hər ay keçirilən tiraj zamanı 100 nəfər 50 manat pul, 10 nəfər 300 manatlıq ölkə daxili səyahət sertifikatı və 1 nəfər "iPhone X" əldə edəcək. 22 sentyabrda olacaq son tiraj zamanı isə 1 nəfər Milana 2 nəfərlik səyahət və 2 000 manat qazanacaq.
Qeyd edək ki, BirKart-ı artıq məvacib və pensiyasını Kapital Bank-dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər Kapital Bank-ın istənilən filialına kart üçün müraciət edə bilərlər. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, həmçinin həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı. Visa kartları əsasında olan BirKart 36 ay müddətə verilir, SMS məlumatlandırma xidməti isə pulsuzdur.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə (www.facebook.com/birkart.az) müraciət edə bilərsiniz. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik Kapital Bank 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı






.png)







.webp)























