Banklar
Əlavə faiz varsa, BirKart 2 qat geri ödəyir
“Kapital Bank”, BirKart sahibləri üçün növbəti kampaniyanı təqdim edir.
“2 qat kampaniya”nın şərtlərinə görə BirKart partnyorlarından taksitlə alış-veriş edən zaman müştəridən hər hansı bir faiz və ya komissiya tutulsa, bank onun iki qatını müştəriyə geri qaytaracaq.
Əgər müştəri belə halla rastlaşarsa, 196 Sorğu Mərkəzinə və ya www.birkart.az/online-order/suggestion saytına müraciət etməlidir. Müraciət 7 iş günü ərzində Bank tərəfindən araşdırıldıqdan sonra artıq ödənilən məbləğ, maksimum 3 iş günü ərzində müştərinin BirKart hesabına qaytarılacaq. 10 sentyabr 2018-ci il tarixinədək davam edən aksiyanın məqsədi, BirKart-ın partnyor şəbəkəsində həqiqətən heç bir komissiyanın və ya faizin olmamasını göstərməkdir.
Qeyd edək ki, BirKart-ı artıq məvacib və pensiyasını “Kapital Bank”dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər, Kapital Bank-ın istənilən filialına kart üçün müraciət edə bilərlər. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı. Visa kartları əsasında olan BirKart 36 ay müddətə verilir, SMS məlumatlandırma xidməti isə pulsuzdur.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Feysbuk səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı






.png)







.webp)























