Banklar
"Kapital Bank" təqaüdçülər üçün növbəti təlim keçirdi
Xəbər verdiyimiz kimi, Kapital Bank-ın dəstəyi və “Üçüncü Bahar” təşəbbüs qrupunun təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində “Yaşa” təqaüdçülər mərkəzi fəaliyyət göstərir. Mərkəz Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində (Bakıxanov qəsəbəsi, B.Bünyadov küç.,12) fəaliyyət göstərir.
Ötən həftə təqaüdçülər üçün növbəti maliyyə savadlığı tədbirləri keçirilib. Mərkəzə gələn bir sıra təqaüdçüyə Kapital Bank-ın mətbuat katibi Pərviz Sədrəddinov tərəfindən “Ödəniş kartlarından istifadə və təhlükəsizlik qaydaları” mövzusunda təlim keçirilib. Təlim materiallarında pensiya kartları, bankomat, PİN kod, POS terminal barədə ətraflı məlumat verilib. Həmçinin kart itirildikdə, oğurlandıqda, bankomatda qaldıqda nə etmək lazım olduğu izah olunub.
Qeyd edək ki, “Yaşa” mərkəzinin əsas məqsədi təqaüd yaşına çatmış insanları toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını, onların təhsil və məşğulluq imkanlarını təmin etmək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etməkdir. Mərkəzin hazırda 300-dən artıq aktiv üzvü var. Hər dəfə müxtəlif mövzularda keçirilən təlimlərdə 40-50 nəfər iştirak edir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO








.jpg)













.webp)













.jpg)


