Banklar
“Zolotaya Korona” indi Unibank Mobile-da
Cəmi bir neçə saniyəyə, elə olduğunuz yerdə, dünyanın onlarla ölkəsinə pul köçürmək imkanınız var. Bu imkanı sizə Unibank Mobile yaradıb. Mobil əlavənin köməyi ilə artıq telefonunuzdan Zolotaya Korona sistemi vasitəsilə pul köçürə bilərsiniz.
Günün istənilən vaxtı bir toxunuşla köçürmə edin!
Unibank Mobile-da yeni xidmət sizə hansı imkanları yaradır?
- Banka getmədən, növbələrdə vaxt itirmədən dünyanın bir çox ölkəsinə pul köçürmək;
- Köçürdüyünüz pulun saniyələr ərzində ünvanına çatması;
- Köçürməni debet və ya kredit kartı, digər bankların əlavə edilmiş kartları və ya mövcud cari hesabları seçməklə aparmaq imkanı;
- Ölkə xaricinə manatla köçürmələrdə komissiya 0% (Zolotaya Koronanın həmin günə olan məzənnəsi ilə konvertasiya olunacaq);
- Vəsaiti qəbul edən şəxsin telefonunda “Unibank Mobile” əlavəsinin olması vacib deyil;
- Vəsaiti göndərən şəxsin köçürməni təsdiq etdikdən sonra əldə etdiyi “Köçürmə kodu”nu vəsaiti qəbul edən şəxsə göndərməsi kifayət edir ki, bu kod vasitəsilə “Zolotaya Korona” köçürmə sistemi olan istənilən banka yaxınlaşaraq vəsaiti alsın;
- Yüksək təhlükəsizlik.
Beynəlxalq və yerli monitorinq şirkətlərinin araşdırmalarına əsasən, Azərbaycanın ən çox yüklənən bank əlavəsi seçilən Unibank Mobile istifadəçilərinin sayı hazırda 200.000-i keçib. Unibank Mobile, Unibank müştərisinin bütün bank məhsul və xidmətlərindən öz telefonunda istifadə imkanının yaradılmasını məqsəd qoyub. Qoşulması çox asan olan Unibank Mobile, bankın müştərisini təhlükəsiz, sürətli və rahat bank xidmətləri ilə təmin edir.
Siz də mobil telefonunuza Unibank Mobile yükləyin , öz bank kartınızı əlavə edərək, 100 minlərlə Unibank müştərisi kimi olduğunuz yerdə, 24/7 bank xidmətlərindən istifadə imkanı qazanın!
Unibank Mobile İOS və Android platformalarında işləyir. Öz smartfonunuza və planşetinizə Unibankın mobil bank xidmətini bu linkindən http://onelink.to/ffdbwf yükləyə bilərsiniz.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank Mobile- bankdan daha yaxın!
Unibank-hər kəsin bankı!
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO








.jpg)













.webp)













.jpg)


