Banklar
"Kapital Bank" beynəlxalq tədbirdə iştirak edib
Kapital Bank ötən həftə İndoneziyanın Bali adasının cənubunda yerləşən Nusa Dua bölgəsində keçirilən Beynəlxalq Valyuta Fondunun (IMF) və Dünya Bankı qrupunun illik yığıncağında iştirak edib. Tədbirdə Kapital Bank-ı İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov təmsil edib.
Builki tədbir zamanı dünya iqtisadiyyatının və qlobal maliyyə sisteminin perspektivləri, eləcə də yeni monetar siyasəti və qlobal ticarət, aparıcı texnologiyalar və iqtisadiyyatın inklüziv inkişafı, maliyyə texnologiyaları və rəqəmsallaşma dövründə vergilər, yoxsulluğun və korrupsiyanın aradan qaldırılması, insan kapitalının rolu ilə bağlı məsələlər müzakirə olundu.
“Artıq bir neçə ildir ki, Kapital Bank beynəlxalq tədbirlərdə fəal təmsil olunur və dünyanın bir sıra təşkilatları ilə əməkdaşlıq edir. Bu il İndoneziyada keçirilən tədbir zamanı da bir sıra maraqlı görüşlərimiz və tanışlıqlarımız oldu. Xarici təşkilatlarla əməkdaşlığın əsas məqsədi təcrübənin artırılmasına yönəlib. Növbəti həftə həmçinin ənənəvi SIBOS sərgisində iştirak edəcəyik. Builki iştirakımız əvvəlki illərlə müqayisədə daha fəal və fərqli olacaq”, - deyə Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov bildirib.
Qeyd edək ki, Kapital Bank bir sıra yerli və beynəlxalq təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlıq edir. Gələcəkdə belə təşkilatların sayı artırılacaq.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ






.png)















.jpg)














