Banklar
"Moody's" agentliyi "Kapital Bank"ın reytinqini təsdiqlədi
Moody’s Investor Service Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq edib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.
Agentlik bankın hazırkı kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (BCA) “b1”, yerli və xarici valyutada olan uzunmüddətli depozit reytinqini isə “Ba3” səviyyəsində təsdiqləyərək, reytinqin proqnozunu “stabil” dərəcəsinə yüksəldib. Kontragentin uzunmüddətli risk dəyərləndirməsini “Ba2 (cr)”, qısamüddətli risk dəyərləndirməsini isə “Not Prime (cr)” səviyyəsində təsdiq edilib. Kapital Bank-ın reytinqinin “stabil” dərəcəsinə yüksəldilməsi həm Azərbaycanda bank əməliyyatları mühitinin təkmilləşməsindən, həm də bankın dövr ərzində xarici şoklara qarşı ödəmə qabiliyyətinin davamlığından irəli gəlir.
“Son illərin çətin iqtisadi mühitinə baxmayaraq, bank aktivlərin keyfiyyətini qoruyub saxlamağa müvəffəq oldu, problemli kredit əmsalı isə cəmi 6-7% təşkil edir ki, bu da 2015-2017-ci illərdə sektorda ən yaxşı göstəricilərindən biridir. Bankın kredit portfelinin keyfiyyəti orta hesabla ölkədəki göstəricilərdən daha yaxşıdır. Bunun əsas səbəbi bankın xarici valyutada olan kreditlərinin məhdud olması, dövlət qurumları ilə əməkdaşlığı, həmçinin əmək haqqı və təqaüd layihələrində iştirak etməsidir”, - deyə hesabatda qeyd olunur.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi






.png)

















.jpg)













