Banklar
Komitə sədri bankları TƏNQİD ETDİ: "Faiz dərəcələri azaldılmalıdır"
"Bu gün biz Azərbaycanda bankların fəaliyyətindən razı qala bilmərik. Banklarda faiz dərəcələri yüksəkdir".
Publika.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin iclasında büdcə müzakirələri zamanı deyib.
Komitə sədri bildirib ki, bir neçə ölkədə, eləcə də Azərbaycanda banklarda faiz dərəcələri yüksəkdir. Ölkə üzrə faiz dərəcələrinin səviyyəsi bank kreditlərindən bir neçə dəfə yuxarıdır. Bu səbəbdən də o, faiz dərəcələrinin azaldılmasını vacib sayıb.
Çıxışına davam edən komitə sədri qeyd edib ki, bu gün Azərbaycanda əməkhaqlarının uçotu düzgün aparılmır.
"Uçot düzgün aparılmadığı üçün Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır. Ona görə də vergilər sistemində nəzərdə tutulan bütün bu islahatlar heç şübhəsiz ki, gələcəkdə Azərbaycanda vergi bazasının artmasına, büdcə gəlirlərinin və onun strukturunun daha da yüksəlməsinə öz təsirini göstərəcək”.
Z.Səmədzadə qeyd edib ki, bəzən haqsız olaraq Azərbaycanın neftdən asılı olduğu deyilir: “Unutmamalıyıq ki, bu gün Azərbaycan neftlə yanaşı, qaz ixrac edən ölkəyə çevrilib. Biz Dövlət Neft Fondu hesabına iqtisadiyyatımızı yeniləmişik, bu Fond hesabına su kəmərləri çəkmişik, neft yataqlarını inkişaf etdirmişik. Bu baxımdan büdcəyə Dövlət Neft Fondundan vəsaitlərin ayrılması müəyyən zamanda realdır. Neft Fondunun şəffaflığı dünya tərəfindən qəbul edilir. Fondun bundan sonra bir sıra məqsədlər üçün istifadə edilməsi vacibdir”.
Dövlət borcu haqqında danışan komitə sədri söyləyib ki, bu istiqamətdə nikbinlik var: “Prezident bu sahə ilə bağlı ciddi fəaliyyət göstərir. Bundan sonra borcların götürülməsinə ciddi nəzarət olacaq. Biz bir çox ölkələrə investisiyalar qoyuruq. Vaxtı ilə 1 manat borc verməyə pulu olmayan Azərbaycan bu gün xarici ölkələrə 20 milyarddan çox vəsait qoyub”.
Sonda Z.Səmədzadə deyib ki, 2019-ci ilin büdcəsi müdafiə qabiliyyətinin artırılmasına, sosial problemlərin həllinə səbəb olacaq.
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi






.png)

















.jpg)













