Banklar
Kapital Bank yeni Badamdar filialını istifadəyə verdi
Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Yeni konsepsiya əsasında təqdim edilən filial, Bankın yeni inzibati ofisinin binasında – Badamdar qəsəbəsi, Mikayıl Müşfiq 2E ünvanında (Pullman Baku oteli ilə üzbəüz) fəaliyyət göstərir. Artıq müştərilər yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.
Kapital Bank-ın yeni konsepsiyası əsasında təqdim edilən Badamdar filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.
Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirməkdə davam edir. Sözügedən layihə artıq 3 ildir davam edir. Bu dövr ərzində bir çox filial müasir tələblərə uyğun təmir edilərək, müştərilərin ixtiyarına verilir. 2018-ci ildə yeni Bravo 2, Gəncə Kart Mərkəzi, Neftçilər Kart Mərkəzi, Şimal, Sahil filialları, Hava limanı, Sumqayıt, İmişli və Mingəçevir şöbələri açılıb. Bundan başqa Füzuli, İmişli filialları, eləcə də Lökbatan şöbəsi yeni ünvana köçürülüb, Gənclik Mall və Ağdaş filialları isə əsaslı təmir olunub. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Bundan əlavə cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
Qarabağ 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika17:23İlham Əliyev sərəncam imzaladı
-
Elm və təhsil16:28Keçid balları düşəcək?
-
Magazin114:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər















.jpg)






















