Banklar
"Kapital Bank"da ahıl “Könüllülər”in də məzun günü keçirildi
Xəbər verdiyimiz kimi, Kapital Bank yeni “Könüllülər” proqramına başlayıb. Layihə çərçivəsində gənclər Kapital Bank filiallarında təcrübə proqramında iştirak edib, bank xidmətləri barədə biliklərə yiyələniblər.
Ötən il, 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə paytaxt filiallarında, həmçinin təqaüdçülər müştərilərə xidmət göstəriblər. 3 aylıq proqramda iştirak edən təqaüdçülər “Yaşa” Mərkəzinin üzvləri arasından seçilib.
9 dekabr tarixində təqaüdçü “Könüllülər” üçün məzun günü keçirilib, iştirakçılara müvafiq sertifikatlar və hədiyyələr təqdim edilib. “Könüllülər” proqramında iştirak edən təqaüdçülər əsasən ahıl müştərilərə xidmət göstəriblər və onlara bank əməliyyatlarını həyata keçirməkdə köməklik ediblər. Layihəni keçirməkdə məqsəd, yaşlı müştərilərə məhz təqaüdçülər tərəfindən xidmət göstərməklə, onlarda özlərinə inam hissini artırmaq olub.
Qeyd edək ki, “Yaşa” Mərkəzi Kapital Bank-ın dəstəyi və “Üçüncü Bahar” təşəbbüs qrupunun təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərir. Mərkəz Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində (Bakıxanov qəsəbəsi, Y. Əliyev küç.,1) fəaliyyət göstərir. Mərkəzin hazırda 300-dən artıq fəal üzvü var və hər layıhə üzrə 40-50 nəfər qoşularaq, təlimlərdə iştirak edir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var






.png)










.jpg)







.jpg)














