Banklar
"Unibank" daha bir yenilik etdi
Daim öz əməkdaşlarının inkişafına çalışan Unibank, bu istiqamətdə daha bir yenilik edib. Bank, əməkdaşlarının bilik səviyyəsini “Gamefication” vasitəsi ilə inkişaf etdirir.
Bank işçilərinin bilik səviyyəsinin inkişafı və artırılması məqsədini daşıyan bu yenilik, Bankın Təlim və İnkişaf Mərkəzi tərəfindən aparılır. Dünyada müxtəlif nüfuzlu şirkətlər tərəfindən tətbiq edilən bu yeni korporativ təlim təcrübəsi, şirkətlərin maliyyə, müştəri məmnunluğu və digər göstəricilərinə müsbət təsir edir. “Gamefication”-ın əsas üstünlüklərindən biri, Bankdaxili qayda, prosedur, tənzimləyici orqanların təlimatları, Bankın məhsul və xidmətləri üzrə məlumatlarını məhz oyun formatında öyrənmək və oyun zamanı səhvlərin aradan qaldırılması imkanının olmasıdır. Bu format əməkdaşlar üçün adi və yorucu təlim proqramlarından daha şən və komanda ab-havasında aparılır. “Gamefication”-nın ilk formatı test rejimində Müştəri xidməti üzrə çalışan əməkdaşlarla aparılır, daha sonra isə bankın digər strukturlarına da şamil olunacaq. Gələcəkdə “Gamefication”-nın onlayn kompüter oyunları vasitəsilə də aparılması planlaşdırılır.
Unibank-hər kəsin bankı!
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var






.png)










.jpg)







.jpg)














