Banklar
"Unibank"dan biznesə daha bir dəstək: 4 təklifdən istədiyinizi seçin!
Unibank kiçik və orta sahibkarlar üçün sərfəli yaz kampaniyası keçirir. Novruzun çərşənbələrinə həsr olunmuş “4 çərşənbə - 4 güzəşt” kampaniyası biznes sahiblərinə seçim imkanı yaradır.
Unibank KB-nin Mikromaliyyələşdirmə Departamentinin rəhbəri Rauf Ağayev bildirib ki, dörd təklifin hər birində sahibkarlar üçün güzəştlər nəzərdə tutulub: “Baharın gəlişi biznesin inkişafı üçün ən məhsuldar dövrdür. Təklif etdiyimiz 4 paketin hər biri sahibkarların istəklərinə uyğun hazırlanıb. Biznes sahibləri özləri üçün ən sərfəli olan kampaniyanı seçə bilərlər. “4*4” kampaniyası martın 31-dək davam edəcək”.
4 paketdən ibarət kampaniya aşağıdakı təkliflərdən ibarətdir:
Su çərşənbəsi təklifi:
0% komissiya;
5000 AZN-dək kreditlərin zamin olmadan verilməsi;
ALBALI debet kartı hədiyyə;
12 ayadək güzəşt müddəti.
Od çərşənbəsi təklifi:
Cari faizə 4%-dək endirim;
Son 3 ayın faizlərinə güzəşt;
ALBALI debet kart hədiyyə;
12 ayadək güzəşt müddəti.
Yel çərşənbəsi təklifi:
0% komissiya;
Son 3 ayın faizlərinə güzəşt;
ALBALI debet kart hədiyyə;
12 ayadək güzəşt müddəti.
Torpaq çərşənbəsi təklifi:
0% komissiya;
Cari faizə 4%-dək endirim;
ALBALI Debet kart hədiyyə;
12 ayadək güzəşt müddəti.
Kampaniyadan faydalanmaq istəyən sahibkarlar martın sonunadək həftə içi Unibankın “Sumqayıt”, “Xırdalan”, “Əcəmi”, “Əhmədli”, “Bakıxanov”, “Mərdəkan”, “Nərimanov”, “Neftçilər”, “Quba”, “Xaçmaz”, “Şəki”, “İsmayıllı”, “Bərdə”, “Şəmkir”, “Gəncə”, “Kəpəz”, “Tovuz”, “Mingəçevir”, “Salyan” və “Lənkəran” filiallarına müraciət edə bilərlər.
Bankın paytaxt və bölgələrdə yerləşən aşağıdakı filiaları isə şənbə günləri də saat 10:00-dan 14:00-dək müştərilərə xidmət edir:
Abşeron filiallarından: 15 saylı filial (S.Vurğun bağı yaxınlığında); 13 saylı filial (“İnşaatçılar”); “Nərimanov” filialı; “Əcəmi”; “Neftçilər”; 10 saylı filialı (“Əhmədli”); 17 saylı (“Sahil”); 19 saylı filial (“Bakıxanov”); “Mərdəkan”; “Xırdalan”; “Sumqayıt”.
Region filiallarından: “Gəncə”; “Kəpəz”; “Şəmkir”; “Tovuz”; “Bərdə”; “Mingəçevir”; “Quba”; “Şəki”.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank- hər kəsin bankı!
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO






.png)






.png)

























