Banklar
Problemli kreditlərlə bağlı hər şeyi BURADAN ÖYRƏNİN
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) problemli kreditlərin həlli üzrə kommunikasiyanı gücləndirmək məqsədilə yeni elektron resurs hazırlayıb.
Mərkəzdən Publika.az-a verilən məlumata görə, elektron resursun ilk bölməsində qanunvericilik bazası yer alıb. Hazırda həmin bölmədə Prezident İlham Əliyevin fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək məqsədilə imzaladığı Fərman yerləşdirilib.
İkinci bölmədə dövlət büdcəsinin hesabına xarici valyutada mövcud olan əsas kredit borcuna görə ödənişin hesablanması üzrə tərtib olunan kalkulyator yer alıb. Bu kalkulyator vasitəsilə həm 2015-ci il fevralın 21-nə, həm də 2015-ci il dekabrın 21-dək xarici valyutada mövcud olan əsas kredit borcunu daxil etməklə kompensasiya məbləğini hesablamaq mümkündür. Kalkulyatorla həm “scroll-bar”, həm də xanada əsas kredit borcunu göstərməklə kompensasiyanı hesablamaq mümkündür.
Yeni elektron resursun digər bölməsi Fərmanın vizual təqdimatı izahını təqdim edir. Bu bölmədə fiziki şəxslərin problemli kreditlərin həlli üzrə Fərmanın əsas məqamlarını vizual olaraq izah edən inoqrafika və videoçarxlar yerləşdirlib.
Sonuncu bölmə tez-tez ünvanlanan suallara aid edilib. Bu bölmədə Fərmanla bağlı ən aktual məsələlər eləcə də problemlərə dair suallar cavablandırılıb.
-
Magazin100:15İslamın menecerindən çağırış: "Kimsə bu oğlanı özünə gətirməlidir, çünki…"
-
Magazin100:00Dilarənin ən böyük arzusu: "Onlara baxanda ağlamaq istəyirəm"
-
Nida Xəbər 21 İyul 23:12“Dost Almaniya xalqına...” - İlham Əliyev xatirə kitabına bunları yazdı
-
Sağlamlıq21 İyul 22:24Hansı isti içkilər ömrü uzadır? - Maraqlı araşdırma
-
İdman21 İyul 22:00“Sabah” doğma meydanda qələbə qazandı - YENİLƏNDİ
-
ABŞ21 İyul 21:486000-dən çox insan "partlayıcı" ishala yoluxdu
-
İKT21 İyul 21:36"Telegram" kriptovalyuta cüzdanını təqdim edəcək
-
Magazin121 İyul 21:24Günel Bakıda villa tikdirir - FOTO

















.png)




















