Banklar
"Kapital Bank" iqtisadi islahatlarla bağlı konfransda iştirak edib
Kapital Bank 29 mart 2019-cu il tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə təşkilatçılığı ilə Bakıda keçirilən “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfransda iştirak edib.
Tədbir zamanı İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı, OECD-in Qlobal Əlaqələr Katibliyinin Avrasiya bölməsinin rəhbəri Vilyam Tomson, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Kənd Təsərrüfatı Nazirinin müavini İlhamə Qədimova və Kapital Bank-ın Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə mövzu ilə bağlı çıxışlar ediblər. Beynəlxalq konfransda İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin www.EnterpriseAzerbaijan.com portalı təqdim olunub.
“Dövlət qurumlarının son dövrlərdə apardığı məqsədyönlü işlərin nəticəsində sahibkarların rəsmi dövriyyələri artır, həmçinin maliyyə əlçatanlığı asanlaşır. İri korporativ müştərilərlə yanaşı Kiçik və Orta Sahibkarlıq subyektlərinin də ölkə iqtisadiyyatında mühüm rol alması biz bankların ən prioritet istiqamətlərindən biridir. Kapital Bank olaraq bu prosesi yaxından izləyir və bu inkişafa öz töhfələrmizi veririk. Kiçik və Orta Sahibkarlığın inkişafı istiqamətində bir sıra yeni məhsullarımızı müştərilərin ixtiyarına vermişik”, - deyə, Kapital Bank-ın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə bildirib.
Qeyd edək ki, Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Yeni məhsullardan olan faktorinq, qarantiya, akkreditiv, bankın öz vəsaiti və xüsusi fondlar vasitəsilə maliyyələşmələr müştərilərə təqdim olunur. Sürətli təhlil prosesi, təminatın əksər hallarda tələb olunmaması və aşağı faizlər Kapital Bank-ın bazarda ən yaxşı şərtlər təklif etməsinə bir sübutdur.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
Sosial12:46Sabah yağış yağacaq
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?
-
Nida Xəbər 09:12Emin Ağalarov ilk dəfə AÇIQLADI: İlham Əliyevlə belə tanış olub
-
Cənubi Qafqaz08:24MSK yeni məlumat yaydı - Paşinyanın səs faizi düşüb
-
Dünya06:52İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi








































