Banklar
"Kapital Bank" “Qlobal İqtisadiyyat və Kapital Bazarları” forumunda iştirak edir
9-10 aprel 2019-cu il tarixlərində Frankfurt şəhərində Almaniyanın ən böyük maliyyə qurumlarından olan Commerzbank-ın təşkilatçılığı ilə “Qlobal İqtisadiyyat və Kapital Bazarları” forumu keçirilir. Tədbirdə Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev və İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq iştirak edir.
Forum dünyanın bütün kapital bazarlarında infrastruktur imkanlarını kəşf etmək, eləcə də investorlarla görüşmək və investisiya imkanlarının genişləndirmək üçün bir platformadır. Tədbir, inkişaf etməkdə olan bazarların qeyri-müəyyənliyinin müzakirəsi, qlobal iqtisadiyyatda müxtəlif investisiya risklərinin nəzərdən keçirilməsi, investisiya risklərinin bölüşdürülməsi mexanizmləri, maliyyə dayanıqlığının təmin edilməsi üçün strateji keçidlərin yaradılması və digər sahələri əhatə edir.
Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib: “Maliyyə dünyasının sərhədləri yoxdur – xüsusən Şərq, Qərb, Şimal, Cənub üçün açıq olan Azərbaycan kimi bir ölkədə. Bizim istəyimiz qlobal rəqabətdə aktual qalmaq və dünya iqtisadiyyatının Azərbaycana və regionumuza, o cümlədən qonşu ölkələrə təsir göstərən çətinliklərin öhdəsindən gəlməkdir. Məhz bu kimi tədbirlərdə iştirak etməklə həm xarici həmkarlarımızla fikir mübadiləsi apara, həm də dünyanın bir sıra inkişaf etmiş ölkələrinin təcrübələrini fəaliyyətimizə tətbiq edə bilirik”.
Qeyd edək ki, proqram çərçivəsində həmçinin forum iştirakçıları ilə görüşlər keçirilib və dünyanın bir neçə nüfuzlu maliyyə qurumları ilə gələcək əməkdaşlıq layihələri barədə fikir mübadiləsi aparılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq
-
İdman11:18Rodriqodan ayrıldı, Tavareslə görüşdü, Eliasdan hamilə qaldı - FOTOLAR
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın
-
Region09:00“Survivor”da faciə: Çəkilişlər dayandırıldı - Video



















.png)

.jpg)


















