Banklar
“Kapital Bank” Cocuq Mərcanlıda keçirilən yarışmaya dəstək göstərib
"Kapital Bank" Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən keçirilən "Qələbəyə doğru" kuboku uğrunda uşaqlar arasında intellektual oyununa dəstək göstərib.
Tədbirdə AQUPDK sədrinin müavini Aynur Sofiyeva, Cəbrayıl rayon icra hakimiyyəti başçısının müavini Fəridə İbayeva, "Kapital Bank"ın mətbuat katibi Pərviz Sədrəddinov və digər şəxslər iştirak edib. Tədbir iştirakçıları Horadiz şəhərində olan "Aprel şəhidlərinə xatirə" abidəsini ziyarət edərək, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Bilik yarışında Füzuli, Cəbrayıl, Tərtər, Ağdam, Kəlbəcər, Xocavənd, Laçın və Beyləqan rayonlarının komandaları iştirak edib. Münsiflər heyətinin müşayiəti ilə keçirilən bilik yarışında uşaqların dünyagörüşü, Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı, həmçinin elmi nailiyyətlər və kəşflər sahəsində bilikləri müəyyənləşdirilib.
Birinci yeri Füzuli, ikinci yeri Kəlbəcər, üçüncü yeri isə Beyləqan rayonlarının komandaları tutublar. Tədbirdə qalib komandalara AQUPDK və "Kapital Bank" tərəfindən diplom və hədiyyələr verilib. Birinci yerin qalibi olan Füzuli rayonunun komandasına "Qələbəyə doğru" kuboku təqdim olunub.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?
-
Nida Xəbər 09:12Emin Ağalarov ilk dəfə AÇIQLADI: İlham Əliyevlə belə tanış olub
-
Cənubi Qafqaz08:24MSK yeni məlumat yaydı - Paşinyanın səs faizi düşüb
-
Dünya06:52İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi
-
Magazin106:16Atamın evləndiyini mediadan öyrəndim - Emin Ağalarov








































