• USD 1,7000 0,00% EUR 1,8970 +0,04%
    • GBP 2,1628 -0,09% RUB 0,0264 +0,38%

"Unibank" lotereyasının qalibi iPhone X telefonu qazandı

"Unibank" lotereyasının qalibi iPhone X telefonu qazandı

“Unibank”ın “Bahar lotereyası”nın ilk tirajının qalibləri artıq məlumdur. Birinci tirajın qalibləri lotereyanın şərtlərinə uyğun olaraq qeydiyyatdan keçmiş 10.500 nəfərin 291011 şansı əsasında müəyyən edilib.

50 qalib tiraj komissiyasının iştirakı ilə xüsusi kompüter proqramı vasitəsi ilə seçilib. Qaliblərdən 24 nəfər 50 AZN, 23 nəfər 100 AZN, 1 nəfər 500 AZN, 1 nəfər 1 000 AZN pul mükafatı qazanıb. Bir qalib isə 1-ci tirajın əsas hədiyyəsinin -iPhone X telefonunun sahibi olub. Qaliblərin siyahısı ilə bu linkdə tanış ola bilərsiniz (https://unibank.az/az/news/retail/462/_unibank_kb_bahar_lotereyasi_nin_1_ci_tirajinin_qaliblerini_achiqladi).

“Bahar lotereyası”nın şərtlərinə əsasən, martın 14-dən mayın 31-dək “Unibank”ın debet, kredit, əmək haqqı kartları ilə lotereya şərtlərinə uyğun nağdsız ödənişlər edən və eləcə də bu müddətdə bankdan Albalı Plus kredit kartı alan müştərilərin 1 həftəlik, iki nəfərlik səyahət paketi, iPhone X mobil telefonu və 50 AZN-dən 1000 AZN-dək müxtəlif pul uduşları qazanmaq şansları var. Birinci tirajın qalibi olmuş şəxslərin də ikinci tirajda iştirak etmək və qalib olmaq şansları var, bu halda onların 15 aprel-31 may tarixində etdiyi əməliyyatlar zamanı qazandığı şanslar tiraja daxil ediləcək. İkinci tirajın qalibləri 10.06.2019-cu il tarixdə açıqlanacaq. Son tirajın əsas qalibi Yunanıstanın Santorini adasındakı 5 ulduzlu oteldə, 6 gecə/7 günlük, 2 nəfərlik səyahət paketi qazanacaq.

Lotereya keçirildiyi müddətdə rəsmiləşdirilən Albalı Plus kredit kartı 10 iştirak şansı, şərtlərdə göstərilən nağdsız edilən əməliyyatların cəminin hər tam 10 AZN məbləği isə 1 iştirak şansı qazandır. Lotereyada yalnız www.unibank.az saytında ( https://unbk.az/2JcbNLA) qeydiyyatdan keçən müştərilər iştirak edəcək.

“Bahar lotereyası”nın şərtləri ilə daha ətraflı bu linkdə (https://unbk.az/2HgDl0F) tanış ola bilərsiniz.

Lotereya nağdsız əməliyyatların artırılmasını stimullaşdırmaq məqsədi daşıyır və uduş fondu ümumilikdə 10 000 AZN pul mukafatı, iPhone X mobil telefonu və səyahət paketini əhatə edir.

Unibankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank- hər kəsin bankı!

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR