Banklar
"Kapital Bank" regionlarda BirKart yarmarkaları keçirir
Kapital Bank ölkənin bir sıra regionlarında BirKart yarmarkaları təşkil edir. Yarmarkaya BirKart-ın onlarla tərəfdaşı qoşulub və müştərilərə endirimlər, taksit imkanları və digər güzəştlər təqdim edir. Yarmarkanı keçirməkdə məqsəd, BirKart almaq istəyən müştərilərin və taksit layihəsinə qoşulan sahibkarların müraciətlərini qəbul edib, onları müvafiq filiallara yönəltmək, həmçinin müştərilərə partnyorlarda olan sərfəli şərtlər barədə məlumat verməkdir.
Yarmarka may ayı ərzində 3 marşrut xətti üzrə bir sıra regionlarda keçiriləcək: Gəncə, Tovuz, Yevlax, Ağdaş, Şirvan, Ağcabədi, Quba, Qəbələ, Göyçay, Şəki, Zaqatala, Mingəçevir, Bərdə, İmişli, Masallı, Lənkəran və Astara.
Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.
Bu kartları məvacib və təqaüdünü Kapital Bank-dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər həm “BirKart BOKT” MMC filiallarına, həmçinin Kapital Bank-ın istənilən digər filiallarına müraciət edə bilərlər.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.
-
Nida Xəbər 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO
-
İdman19:12“Barselona”dan ən yaxşı start - 111 illik rekord təkrarlandı
-
MDB18:36Milyarder xanımının “Porsche”si qəzaya uğradı - VİDEO
-
Region17:02İrəvan-Moskva xəttində böhran: Ermənistan Rusiya ilə əlaqələri “təftiş” edir
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!








.jpg)





.jpg)







.webp)











.jpg)


