Banklar
Maliyyə və Texnologiyalar Sammiti işə başladı
Bakıda Maliyyə və Texnologiyalar Sammiti (“Fintex Sammit”) işə başlayıb.
Publika.az xəbər verir ki, samitdə iştirak edən Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycanın inkişafın yeni mərhələsində olduğunu, ölkədə islahatlar uğurlar reallaşdırıldığını, iqtisadiyyatın liberallaşdırıldığını və genişləndiyini deyib.
“Ölkədə ixrac potensialının güclənməsi, əlverişli investisiya mühitinin formalaşması, innovasiya texnologiyaların inkişafı üzrə ciddi iş aparılır. Hazırda ölkənin maliyyə texnologiyaları sektorunda müxtəlif startaplar və iri şirkətlər fəaliyyət göstərir. Maliyyə texnologiyaları bazarının iştirakçıları arasında ciddi rəqabət mövcuddur. İxrac potensialının gücləndirilməsi, əlverişli investisiya mühitinin formalaşması istiqamətində ciddi addımlar atılır. Strateji Yol Xətirələri milli iqtisadiyyatın inkişafı üçün yeni imkanlar açır. Strateji Yol Xəritələrindən biri də telekommunikasiya texnologiyalarının inkişafı ilə bağlıdır. Blokçein texnologiyalarının ölkəmizin maliyyə, bank sektorunun inkişafındakı rolu daha çox araşdırılmalıdır”.
Tədbirdə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunkasiyalar Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda maliyyə texnologiyalarının tətbiqini genişləndirməyin vacibliyinə toxunub:
“Ənənəvi bankçılıq maliyyə texnologiyalarının istifadəsini genişləndirməli və açıq bankçılığa sürətli keçidi təmin etməlidir. Asiya və Cənubi Amerika bazarlarında maliyyə texnologiyaları sürətlə inkişaf edir. Proqnozlara görə, 2024-cü ilədək maliyyə texnologiyaları bazarı 60 milyard dollara çatacaq və Asiya bu istiqamətdə vacib yer tutacaq. Azərbaycan bu imkanlardan istifadə etməli və maliyyə texnologiyalarının tətbiqini genişləndirməlidir. Bu texnologiyalar xərcləri 30 faizədək azaltmağa imkan verir”.
Qeyd edək ki, rəqəmsal transformasiya əsasında müasir bank sisteminə keçid, ödəniş ekosistemində son trendlər və innovativ ödəniş həlləri, rəqəmsal mühitdə informasiya təhlükəsizliyi və digər mövzuların müzakirə olunacağı bu sammitdə Avropa Banklar Federasiyası, Beynəlxalq Maliyyə Korporasiyası, “VİSA Inc.”, “MasterCard Worldwide”, “American Express”, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemi (SWIFT) kimi beynəlxalq təşkilatlarla yanaşı, ABŞ, Yaponiya, Çin, Avropa İttifaqı və Müstəqil Dövlətlər Birliyi ölkələrindən elektron ödənişlər və rəqəmsal bankçılıq sahəsində qabaqcıl təşkilatlarının nümayəndələri iştirak edirlər.
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq
-
İdman11:18Rodriqodan ayrıldı, Tavareslə görüşdü, Eliasdan hamilə qaldı - FOTOLAR
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın
-
Region09:00“Survivor”da faciə: Çəkilişlər dayandırıldı - Video















.png)


.jpg)


.jpg)


















