Banklar
"Unibank" filiallarının xidmət vaxtı uzadıldı
“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident Fərmanının icrası ilə əlaqədar olaraq, Unibank filiallarının iş vaxtı axşam saat 20.00-dək uzadılıb. Müştərilər kompensasiya məbləğlərini əldə etmək üçün həftənin 5 günü saat 20.00-dək filiallara müraciət edə bilərlər.
Şənbə və hətta bazar günləri də Unibank filialları müştərilərin xidmətində olacaq. Həftə sonu müştərilər kompensasiya məbləğlərini götürmək üçün saat 10.00-dan 18.00-dək bankın filiallarına müraciət edə bilərlər.
Məqsəd müştərilərə daha operativ xidmət göstərməklə yanaşı, işləyən müştərilərin filiallara işdən sonra gələrək öz kompensasiyalarını rahat almaları üçün şərait yaratmaqdır.
Unibank filialları kompensasiyanın verildiyi ilk gündən - 22 apreldən başlayaraq gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Gün ərzində daha çox müştəriyə xidmət etmək üçün əlavə olaraq iki şöbə də müştərilərin xidmətinə təqdim edilib. Xidmətin operativliyini artırmaq üçün filiallar yeni avadanlıq, kompüterlər ilə təmin olunub və əlavə işçilər cəlb olunub.
Bank bir daha müştərilərə müraciət edir ki, qətiyyən narahat olmasınlar. Yaxın günlərdə qalan müştərilərə də kompensasiya tarixini bildirən SMS-lər göndəriləcək və bu ayın sonunadək hər kəs ona düşən kompensasiya vəsaitini əldə edəcək. Unibank filallarda vaxt itirməmələri üçün müştərilərdən yalnız SMS aldıqdan sonra banka yaxınlaşmalarını xahiş edir.
Unibank- hər kəsin bankı!
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi






.png)







.jpg)



.jpg)





.jpg)















