Banklar
Xanbabayevanın evi əlindən alınıb? - Bankdan açıqlama
“Bank of Baku”nun Zülfiyyə Xanbabayevanı məhməkəyə verməsi, həmçinin evini əlindən alması ilə bağlı yayılmış xəbər həqiqəti əks etdirmir.
Axar.az xəbər verir ki, bunu xalq artisti Zülfiyyə Xanbabayevanın “Bank of Baku” tərəfindən məhkəməyə verilməsinə münasibət bildirən bankın reklam və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Gülşən Cumayeva qeyd edib.
Bank rəsmisi Zülfiyə Xanbabayevanın banka kredit borcunun olmadığını qeyd edib:
“Xəbərdə qeyd edilən iddialar heç bir əsası olmayan, tamamilə yanlış məlumatdır. Zülfiyyə xanımın bankımızda heç bir kredit öhdəliyi yoxdur.
Yanlış xəbəri tirajlayan media nümayəndələrindən məlumatı təkzib etmələri və bu kimi məlumatları yaymazdan öncə daha diqqətli olmaları, məsul şəxslərlə əlaqə saxlayıb dəqiqləşdirmə aparmaları xahiş olunur”.
Qeyd edək ki, news24.az saytı "Bank Of Baku"nun ipoteka krediti müqaviləsinin şərtlərini pozan şəxsləri məhkəməyə verməsi və bankın ipoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsi ilə bağlı tələb irəli sürdüyü 10 nəfər arasında Azərbaycanın xalq artisti Xanbabayeva Zülfiyyə Güloğlan qızının da olması barədə məlumat yayıb.
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi






.png)







.jpg)



.jpg)





.jpg)















