Banklar
“Kapital Bank”ın əməkdaşları mühüm saziş imzalayıblar
"Kapital Bank"ın 2 əməkdaşı Azərbaycanda ilk dəfə olaraq nüfuzlu təşkilatla komplayens sahəsində əməkdaşlıq sazişi imzalayıblar. Bu, həm də MDB ölkələri və Qafqaz regionunda komplayens sahəsində keçirilən təlimləri əks etdirən ilk sazişdir.
"Kapital Bank"ın Hüquq və komplayens departamentinin əməkdaşları Almaz Musayeva və Leyla Səlimzadə tərəfindən təsis edilən "Vendra" şirkəti ilə nüfuzlu ACAMS (“Association of Certified Anti-Money Laundering Specialists”) təşkilatı artıq regionda tərəfdaş olaraq fəaliyyət göstərəcək.
Qeyd edək ki, ACAMS cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə və maliyyə cinayətlərinin qarşısının alınması sahəsində mütəxəssislərin bilik, bacarıq və təcrübələrini artırmaq üzrə beynəlxalq təşkilatdır. Təşkilatın üzvləri arasında dünyanın qabaqcıl maliyyə qurumları, nəzarət orqanları, hüquq-mühafizə orqanları və sənaye sektorunun nümayəndələri var.
ACAMS əsasən bir neçə istiqamət üzrə fəaliyyət göstərir: pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində beynəlxalq standartların təkmilləşdirilməsi, özəl və dövlət qurumlarının müvafiq sahələrində çalışan əməkdaşların müvafiq sahədə təcrübələrinin artırılması və beynəlxalq səviyyəli mütəxəssis kimi biliklərə sahib olması, ÇPY/TMM sahəsində dünyada yaxşı təcrübələr üzrə məlumat mübadiləsinin aparılması və şəbəkə yaradılması və sair.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
İdman19:12“Barselona”dan ən yaxşı start - 111 illik rekord təkrarlandı
-
MDB18:36Milyarder xanımının “Porsche”si qəzaya uğradı - VİDEO
-
Region17:02İrəvan-Moskva xəttində böhran: Ermənistan Rusiya ilə əlaqələri “təftiş” edir
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?








.jpg)



.jpg)










.webp)










.jpg)


