Banklar
"Kapital Bank"ın dəstəyi ilə keçirilən Fənn Olimpiadasının qalibləri təltif edildi
Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq Təhsil Nazirliyinin təşkil etdiyi Respublika Fənn Olimpiadalarının keçirilməsinə dəstək göstərib. Fizika, kimya, riyaziyyat, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə 30 000-dən artıq şagird tədbirdə iştirak edib.
19 iyun 2019-cu il tarixində olimpiadanın qaliblərinin təltif edilməsi mərasimi keçirilib. Tədbirdə Təhsil Naziri Ceyhun Bayramov, ali məktəb rektorları, dövlət rəsmiləri, millət vəkilləri, ictimai xadimlər və digər qonaqlar iştirak edirdi.
Olimpiadada hər fənn üzrə olan qaliblərə müvafiq olaraq qızıl, gümüş, bürünc medal, diplom və müxtəlif hədiyyələrlə təltif olunub. Həmçinin sonda ölkənin güclü şagirdləri “Birincilərin birincisi” nominasiyasında elan edilib.
Qeyd edək ki, təhsil layihələrinə dəstək verən Kapital Bank hər il Təhsil Nazirliyi ilə birgə bir neçə layihə həyata keçirilib. Yaxın gələcəkdə təhsillə bağlı yeni birgə layihələrin keçirilməsi planlaşdırılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
MDB18:36Milyarder xanımının “Porsche”si qəzaya uğradı - VİDEO
-
Region17:02İrəvan-Moskva xəttində böhran: Ermənistan Rusiya ilə əlaqələri “təftiş” edir
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı








.jpg)















.webp)










.jpg)


