Banklar
BirKart-la təhsil haqqını hissə-hissə ödəmək imkanı!
Sosial yönümlü fəaliyyətinə uyğun olaraq, ölkədə təhsil sahəsinin inkişafına və bir sıra iri layihələrin keçirilməsinə dəstək olan Kapital Bank növbəti yeniliyini müştərilərə təqdim edib. Azərbaycanda ilk dəfə keçirilən aksiya BirKart taksit kart sahiblərinə şamil olunur.
Şərtlərə görə, 10 oktyabr 2019-cu il tarixinədək, ADA Universitetində ödənişli əsasla təhsil alan tələbələr illik təhsil haqqını 12 aylıq taksitlə (bərabər hissələrlə) ödəyə bilərlər. Ödənilən məbləğə heç bir komissiya və ya əlavə faiz hesablanmır. Ödənişi həyata keçirmək üçün universitetin internet saytında olan müvafiq bölməyə daxil olmaq (www.online.ada.edu.az/payment) və tələb olunan BirKart göstəricilərini qeyd etmək lazımdır.
Ödəniş zamanı BirKart CashBack kartına məbləğin 1,5%-i geri qayıdacaq, BirKart Miles kartı üçün isə hər 1 manat 1 mil olaraq hesablanacaq. Məlumat üçün bildirək ki, yaxın zamanlarda digər ali məktəb və kolleclərlə də analoji aksiyalar təşkil olunacaq.
Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir.
-
Region17:02İrəvan-Moskva xəttində böhran: Ermənistan Rusiya ilə əlaqələri “təftiş” edir
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır








.jpg)










.jpg.webp)





.webp)










.jpg)


