Banklar
"Kapital Bank" və Boğaziçi Universitetindən bir ilk!
Kapital Bank-ın İnsan Kapitalı Akademiyası dünyanın nüfuzlu universitetlərindən olan və Türkiyədə yerləşən Boğaziçi Universiteti ilə unikal bir yeniliyə imza atıb. “Mükəmməl Menecment” adı altında gerçəkləşən mini-MBA formatında keçirilən liderlik inkişaf proqramı bankın kadr potensialının gücləndirilməsi məqsədi daşıyır. Bankın müxtəlif rəhbər vəzifələrində çalışan 18 əməkdaşı 7 ay ərzində universitetin professor-müəllimlərindən və bankın təcrübəli ekspertlərindən ibarət heyət tərəfindən tədris alıb, imtahanlarda iştirak edib və sonda araşdırma layihəsi hazırlayıblar.
6 sentyabr 2019-cu il tarixində İstanbul şəhərində proqramın bağlanış mərasimi – “Məzun tədbiri” keçirilib. Tədbiri giriş sözü ilə açan Kapital Bank-ın İdarə Heyəti sədri Rövşən Allahverdiyev proqramın əhəmiyyətindən danışıb və Bank üçün əməkdaşlara investisiyanın ən prioritet istiqamət olduğunu vurğulayıb.
Daha sonra Boğaziçi Universitetinin rektoru, professor Mehmed Özkan iki təşkilat arasında əməkdaşlığın qarşılıqlı faydasından bəhs edib və bu əməkdaşlığı ölkələr arasındakı qardaşlığın nümunəsi adlandırıb. “Məzun tədbiri” iştirakçıların diplomlarla təltif olunması və universitetdə keçirilən qeyri-rəsmi hissə ilə tamamlanıb.
Qeyd edək ki, Kapital Bank-ın İnsan Kapitalı Akademiyası 14 sentyabr 2018-ci tarixində yaranıb və korporativ universitet modeli üzrə fəaliyyət göstərən ən böyük təsisatlardan biridir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
Region17:02İrəvan-Moskva xəttində böhran: Ermənistan Rusiya ilə əlaqələri “təftiş” edir
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır








.jpg)






.jpg.webp)







.webp)











.jpg)


