Banklar
Tanınmış ekspert: "Bu şəxslərin bank əmanətləri geri qaytarılmır"
Müflis olan banklarda məbləği 17 min manat və ya 10 min dollardan çox olmayan qorunmayan əmanətlərin qaytarılmasına başlanılıb.
Publika.az xəbər verir ki, hazırda bir çox vətəndaşlarda qaytarılacaq əmanət məbləğinin necə hesablanması ilə bağlı suallar yaranıb.
Tanınmış iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, bəzi vətəndaşımız bankda 15 min manat yerləşdirib və onun əmanətinə 3 min manat divident hesablanıb və vətəndaşa olan cəmi ödənilməli məbləğ 18 min manat olub. Həmin vətəndaş faizləri götürmədiyi üçün bank müflis olan zaman ona olan borc 17 min manatdan çox, yəni 18 min manat olub: "Sığortalanmayan əmanətlərin qaytarılması ilə bağlı qaydalarda borc əsas məbləğ və faizlər üzrə fərqləndirilmədiyi üçün kompensasiya bankın vətəndaşa olan ümumi borcuna tətbiq olunur. Yəni, faizlər ilə birlikdə vətəndaşa ümumi əmanəti 17 min manatdan çoxdursa o halda kompensasiya ödənilmir. Bu o deməkdir ki, 15 min manat əmanəti olan və 3 min manat divident hesablanan, ancaq faziləri götürməyən şəxsin qorunmayan əmanəti geri qaytarılmır. Kreditlərə kompensasiya verilən zaman qalıq məbləğin əsas götürüldüyünü nəzərə alaraq qorunmayan əmanətlərdə də məbləğ 17 min manat çox olduğu halda əsas məbləğə əsasən ödəniş həyata keçirilməsi daha məqsədə uyğun olar. Bu halda dividentlər ilə ümumi alacaqları 17 min manatdan çox olan vətəndaşlarımız da kompensasiya ala biləcəklər. Məbləği 17 min manatdan az olan üçün əsas borc meyar olaraq götürülə bilər. Bu baxımdan, CESD qorunmayan əmanətlərin qaytarılması zamanı məbləği 17 min manat və ya 10 min dollardan çox olan hallarda bankın vətəndaşa olan ümumi borcuna deyil, əsas əmanət məbləğin nəzərə alınmasını təklif edir. Bu o deməkdir ki, ümumi alacağı 18 min manat olan amma əsas məbləği 15 min manat olan vətəndaşımızın da müflis olan bankdakı qorunmayan əmanətinin qaytarılmasına ehtiyac var".
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı








.jpg)









.jpg)




.webp)












.jpg)


