Bu banklarda əmanət və kreditiniz varsa... - İNANILMAZ TƏKLİF/VİDEO
Bizi izləyin

Banklar

Bu banklarda əmanət və kreditiniz varsa... - İNANILMAZ TƏKLİF/VİDEO

Video əlavə olunub.

***

Müflişləşmiş banklar ilə bağlı vətəndaşlarımızı narahat edən məsələlərdən biri də əmanət və kredit öhdəliklərinə fərqli yanaşmanın tətbiq olunmasıdır.

Publika.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri Vüqar Bayramov qeyd edib.

Ekspert bildirib ki, son aylar bu məsələ ilə bağlı müraciətlər daha çox qorunmayan əmanətlərin kredit öhdəliklərinin əvəzlənə bilməsi ilə əlaqədardır: “Məsələn, Biləsuvar rayon sakini Azad Mahmudovun müflisləşən bankların birində 10 522 dollar əmanəti, 13800 manat isə kredit öhdəliyi olub. Hər iki öhdəlik eyni bankda olub. Kredit götürülən zaman əmanət məbləği nəzərə alınaraq borclanma rəsmiləşib. Bank müflis olub. Əmanət qorunmayan olduğundan geri qaytarılmır, əksinə kreditə faizlər hesablanmaqda davam edir. Yəni, vətəndaş öz halal əmanətini ala bilmir, amma ondan kredit ödəmək tələb olunur. Maraqlıdır ki, bank, daha doğrusu, müflisləşmiş bank rəhbərliyi vətəndaşın əmanətini rahat və əksər hallarda şəffaf olmayan şəkildə xərcləsə də, onu qaytarmağa məsul deyil. Amma vətəndaş öz vacib xərclərini ödəmək üçün kredit götürsə də, onu əmanəti ilə əvəzləyə bilmir.

Bu o deməkdir ki, vətəndaşın pulunu xərcləyən müflisləşmiş bank rəhbərliyinin heç bir məsuliyyəti yoxdur, amma vətəndaş kredit öhdəliyindən azad olunmur. Bu da birbaşa qanunvericilikdəki boşluq ilə bağlıdır. Əgər, vətəndaşın pulunu xərcləyən bank hər hansı öhdəlik daşımırsa, bu halda, vətəndaş ona borclu olan banka niyə pul qaytarmalıdır? Halbuki, qanunvericiliyin təkmilləşdirilməsi və hər iki öhdəliyin müqayisə edilərək əvəzlənməsinə imkan verməlidir”.

Bayramovun fikrincə, mövcud qanunvericilik, müflis olan banklarda vətəndaşdan daha çox bank rəhbərlərinin maraqalarını müdafiə etdiyindən onun dəyişdirilməsinə ehtiyac var: “Buna görə də biz təklif edirik ki, fiziki şəxslərin öhdəlikləri və eləcə də ona olan öhdəliklərin əvəzlənməsinə imkan yaradılsın. Belə ki, bank müflis olan zaman vətəndaşın bankda 17 877 min manat əmanəti olubsa və banka kredit borcu 13 800 manat olubsa, bu zaman kredit xətti bağlanmalı və vətəndaşa 4 min 87 manat ödəməyə imkan verən qanunverici dəyişiklik həyata keçirilməlidir. Eyni zamanda, bu əvəzləmələr banklar üzrə deyil, fiziki şəxslər üzrə aparılmalıdır. Belə ki, vətəndaşın bir müflis olan bankda əmanəti, digərində kredit öhdəliyi varsa, onların da əvəzlənməsinə imkan yaradılmalıdır. Bu baxımdan, müflis olan banklarda öhdəliyi olan vətəndaşlarımızın hüquqlarının tam qorunması üçün qanunvericiliyə dəyişiklik edilməsi zəruridir”.

Zümrüd,

Video: Sevinc Xanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm