Banklar
"Kapital Bank" KSM fəaliyyətinə görə təşəkkürnamə ilə təltif edildi
21 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən təşkil olunan Dayanıqlı İnkişaf Məqsədləri və Biznes mühiti tədbirində Korporativ Sosial Məsuliyyət üzrə fəal olan təşkilatlar mükafatlandırılıb.
Kapital Bank-ın dəstəyi və “Üçüncü Bahar” təşəbbüs qrupunun təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən “Yaşa” Təqaüdçülər Mərkəzi xüsusi təşəkkürnamə ilə təltif olunub.
Forum formatında keçirilən tədbir zamanı Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev və digər qonarlar çıxış edərək, şirkətlərin və sahibkarların fəaliyyətinin ölkə iqtisadiyyatının inkişafında mühüm amil olduğunu vurğulayıblar.
Qeyd edək ki, “Yaşa” Mərkəzi Kapital Bank-ın dəstəyi və “Üçüncü Bahar” təşəbbüs qrupunun təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərir. Mərkəz Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsində (Bakıxanov qəsəbəsi, Y. Əliyev küç.,1) yerləşir. Mərkəzin hazırda 2000-ə yaxın fəal üzvü var və hər layihə üzrə 70-80 nəfər qoşularaq, tədbirlərdə iştirak edir. Mərkəz barədə ətraflı məlumat almaq üçün 055 680 11 55, 012 425 55 23 nömrələrinə və ya www.teqaudchu.az saytına müraciət etmək olar.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı
-
Rəsmi xronika14:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı








.jpg)







.jpg)





.webp)












.jpg)


