Banklar
"Kapital Bank" nüfuzlu beynəlxalq akkreditasiyadan keçdi
Əməkdaşlarının peşəkar inkişafına daima böyük diqqət ayıran və sərmayələr yatıran Kapital Bank daha bir uğura imza atıb. Azərbaycan bankları arasında ilk dəfə olaraq nüfuzlu beynəlxalq ACCA təşkilatının akkreditasiyasından keçib.
Bank əməkdaşların maliyyə və mühasibatlıq üzrə hazırlıq səviyyəsinin artırılması və sertifikasiyaların əldə olunması üçün dəstək göstərməkdədir. Peşəkar inkişaf tədbirlərinin təsdiqi olaraq əsas ofisi Londonda yerləşən ACCA (Association of Chartered Certified Accountants) təşkilatı tərəfindən “Approved Employer – Platinum” statusu banka təqdim olunub. Bu akkreditasiya əməkdaşların maliyyə və mühasibatlıq üzrə peşəkarlıq səviyyəsinə yüksək dəstək göstərən təşkilatlara xüsusi qiymətləndirmə prosesinin nəticəsi olaraq təqdim edilir və Kapital Bank Azərbaycanda bu adı qazanan ilk bankdır.
Əməkdaşların təlim və inkişafına diqqətlə yanaşan, cəlbedici işəgötürən olmaqla bağlı silsilə addımlar atan Kapital Bank, bu istiqamətdə də bir sıra yerli və beynəlxalq layihələr həyata keçirir. Bank 2018-ci ildə özünün İnsan Kapitalı Akademiyasını açıb və hazırda bu akademiya bank sektorunda ən böyük korporativ təlim mərkəzidir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
Rəsmi xronika14:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Rəsmi xronika11:44İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Sosial10:54Bu xanım “Xankəndi”nin mətbuat katibi təyin edildi








.jpg)






.jpg)
.jpg)







.webp)












.jpg)


