Banklar
Mərkəzi Bankdan MÜHÜM QƏRAR: Müddət uzadıldı
Azərbaycan Respublikasının Prezidenti bütün qorunan əmanətlərin məbləğindən asılı olmayaraq tam sığortalanması müddətinin yenidən 9 ay uzadılması məqsədilə Milli Məclisə müraciət etmiş, 13 mart 2020-ci il tarixində yeni tərkibdə fəaliyyətə başlayan Milli Məclisin ilk iclasında müzakirə edilən məsələlərdən biri kimi “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna dəyişiklik qəbul edilib.
Mərkəzi Bankdan Publika.az-a verilən məlumata görə, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun yenidən uzadılması əmanətçilərin və kreditorların mənafelərinin daha etibarlı qorunmasına, maliyyə sektorunun sabitliyinin və sağlamlığının təmin edilməsinə və bank sektoruna etimadın gücləndirilməsinə imkan verəcək.
Qanuna edilmiş dəyişiklik ölkə Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək və bununla da cəlb olunduğu tarixə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlərin (milli valyutada illik faiz dərəcəsinin yuxarı həddi 10%, xarici valyutada isə 2,5% olmaqla) məbləğindən, valyuta növündən və bankların maliyyə vəziyyətindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan Fondun iştirakçı bankları tərəfindən tam sığortalanması müddəti 04 mart 2020-ci il tarixindən 04 dekabr 2020-ci il tarixinədək uzadılmış olacaq.
-
Region19:24İran ABŞ-ı bu ölkəyə hücumla hədələdi
-
İdman19:12Sərxan Həşimova yüksək VƏZİFƏ VERİLDİ - FOTO
-
Enerji18:12Azərbaycan nefti bahalaşdı
-
MDB16:46Ukraynadan uğurlu əməliyyat - Şəhər belə azad edildi(VİDEO)
-
Magazin116:32"Azı 40 manat xərcləyirsən" - Elməddin gileyləndi
-
Magazin215:36Yavuz Bingölün konserti ləğv edildi
-
Region15:10Ermənistanın "dolu lənət"i davam edir - VİDEO
-
Region14:5313 yaşlı qız enerji içkilərinin qurbanı oldu - Futbol klublarına çağırılırmış













.jpg)























