Banklar
AMB vətəndaşları onlayn rejimdə qəbul edəcək
Baş Nazir Əli Əsədovun mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və dövlət qurumlarına ünvanlanmış məktubunda koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədi ilə martın 16-da verilmiş tapşırıqlar nəzərə alınmaqla Azərbaycan Mərkəzi Bankında (AMB) vətəndaşların müraciətlərinin qəbulu rejiminə müvafiq dəyişikliklərin tətbiqinə başlanılıb.
Publika.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, AMB-nin inzibati binalarında vətəndaşların qrup və fərdi surətdə qəbullarının müvəqqəti təxirə salınması ilə əlaqədar Mərkəzi Bankda fəaliyyət göstərən qaynar xəttin iş rejimi gücləndirilmiş, operatorların sayı artırılmış, iş günlərində qaynar xəttin fasiləsiz iş qrafiki təmin edilmiş, “Skype” proqramı vasitəsilə onlayn rejimində videoqəbul təşkil olunub.
Bununla əlaqədar vətəndaşlardan aşağıdakıların nəzərə alınması xahiş olunur:
- Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yazılı qaydada poçt, elektron qaydada isə “Elektron müraciətlər sistemi” (https://contact.e-cbar.az/) vasitəsilə həyata keçirilir.
- Yazılı müraciətlər AMB-də quraşdırılmış məktublar qutusuna atıla bilər;
- Müraciətlərin qəbulu və onların icra vəziyyəti ilə bağlı vətəndaşların məlumatlandırılması (012) 493-50-58 nömrəli qaynar xətt və (012) 493-11-22 nömrəli adi telefon vasitəsilə həyata keçirilir.
- Vətəndaşların “Skype” proqramı üzərindən [email protected] elektron ünvana zəng etməklə videoqəbulu həyata keçirilir.
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq






.png)











.jpg)



















