Banklar
"Kapital Bank" və KOBİA-dan hüquqi şəxslərə və sahibkarlara dəstək!
Koronavirus (COVID-19) infeksiyasının mikro, kiçik və orta sahibkarlara (KOS) mümkün təsirlərinin azaldılmasına biznes tərəfdaşlığı platforması çərçivəsində dəstək göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) çağırışına Kapital Bank da qoşuldu.
Koronavirus infeksiyasının sahibkarlar, xüsusilə də KOS-lar üçün yaratdığı çətinlikləri nəzərə alaraq, Kapital Bank sahibkarlara dəstək məqsədilə müxtəlif bank əməliyyatlarında güzəştlər edəcək. Artıq Bank tərəfindən sahibkarlara xarici ölkələrlə olan ticarət əlaqələrinin stimullaşdırılması məqsədilə Müştəri Bank (internet bankçılıq) vasitəsilə bütün istiqamətlərdə olan xaricə pul köçürmələri zamanı komissiyalarda endirimlər tətbiq olunarq 0,2% müəyyənləşdirilib.
Sahibkarlar ölkəxarici köçürmə əməliyyatları ilə yanaşı, əmək haqqı kartlarının sifarişi, əmək haqqı kartlarına mədaxil, ölkədaxili köçürmələr və s. digər əməliyyatları da Müştəri Bank (internet bankçılıq) vasitəsilə filiala gəlmədən həyata keçirə bilərlər.Qeyri-iş günlərində də Müştəri Bank fasiləsiz fəaliyyət göstərəcək. Həmçinin, KOS-ların maliyyə əlçatanlığının asanlaşdırılması istiqamətində biznes kreditləri üzrə rəsmiləşdirmə komissiyası sıfıra endirilir, qiymətləndirmə və sığorta xərcləri isə Bank tərəfindən qarşılanır. Kampaniya 30 Aprel 2020-ci il tarixinədək davam edəcək.
Qeyd edək ki, Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Bu səbəbdən yeni məhsullar və kampaniyalar daim müştərilərin istifadəsinə təqdim ediləcəkdir. Bundan başqa Kapital Bank hər bir müştərinin istəyinə uyğun “Təməl”, “Uğur”, “İnkişaf” və “Zirvə” adlı sərfəli tarif paketlərini təqdim edir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Rəsmi xronika11:44İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Sosial10:54Bu xanım “Xankəndi”nin mətbuat katibi təyin edildi
-
MDB10:06Rusiyada deputatların pensiyası qəpik-quruş imiş - Məbləğ açıqlandı








.jpg)













.webp)













.jpg)

