Banklar
Azərbaycanda vaxtı bitmiş bütün növ ödəniş kartlarının istifadə müddəti uzadılır
ABA-nın Rəyasət Heyətinin qərarına əsasən istifadə müddətləri başa çatmış bütün növ ödəniş kartlarının istifadə müddətləri bankın daxili strukturunun imkanları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla ən azı bir ay uzadılır.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyası (ABA) bəyanat yayıb.
Bəyanatda deyilir ki, istifadə müddətinin uzadılması bir tərəfli qaydada, yəni bank tərəfindən aparılacaq və vətəndaşların bunun üçün banka gəlməsinə ehtiyac olmayacaq.
Qeyd edək ki, ABA bu bəyanatla ölkə rəhbərliyi tərəfindən Azərbaycanda əhalinin sağlamlığının qorunmasının priortet vəzifə elan edilməsini, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın koronavirus infeksiyasının (COVID-19) dünya ölkələri arasında sürətlə yayılması ilə əlaqədar vəziyyətə uyğun olaraq davamlı yenilənən qərarlarını rəhbər tutaraq və uyğun olaraq bankların filial və şöbələrində vətəndaşlarla banklar arasında fiziki təmasın minimallaşdırılması zərurətini nəzərə alaraq çıxış edib.
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq






.png)











.jpg)



















