Banklar
"Kapital Bank" növbəti xeyriyyə aksiyasına dəstək göstərdi
Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, mütəmadi şəkildə müxtəlif aksiyaları keçirir. Hazırki xüsusi karantin rejimini dövründə də belə aksiyalar təşkil edilir. Bank bu dəfə “BeatGroup” şirkətinin keçirdiyi xeyriyyə aksiyasına dəstək göstərib.
Şirkət, pandemiya zamanı yığılan ianələr hesabına “BeatGroup”a daxil olan restoranlar şəbəkəsində müxtəlif yeməklər hazırlayaraq, hər gün aztəminatlı ailələrə yardım formasında könüllülər tərəfindən çatdırırlar. Kapital Bank bu layihəyə dəstək verməklə, ianələrin yığılması üçün “BeatGroup” tərəfindən açılan bank hesabları haqqını, həmçinin elektron POS terminallar üzrə qəbul olunan komissiyaları 0 AZN olaraq müəyyən edib.
Qeyd edək ki, xeyriyyə təşəbbüsünə qoşulmaq istəyənlər www.evdeq.alsaytındakı anketi doldurmaqla həmin təşəbbüsü dəstəkləyə bilərlər.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Rəsmi xronika11:44İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Sosial10:54Bu xanım “Xankəndi”nin mətbuat katibi təyin edildi
-
MDB10:06Rusiyada deputatların pensiyası qəpik-quruş imiş - Məbləğ açıqlandı
-
Sosial08:49Azərbaycan toylarında gözlənilməz qayda - Bu ənənə qadağan edilir?







.jpg)















.webp)












.jpg)

